02.02.2013 [12:50] - Gündəm, DAVAMın yazıları
2013-cü ilin ilk ayı da belə bitir. Keşməkeşli, qalmaqallı, qarşıdurmalı, mitinqli-piketli bir ay yaşadıq. Yadda qalan oldu bu ay. Həm də bizi gözləyə biləcək təhlükələrin siqnalları baxımından da bu ay tarixə düşmə imkanına malikdir.
Bayramların həmən ardından Bakıda “Əsgər ölümünə son!” şüarı altında etiraz aksiyası keçirildi. Həmin aksiyaya yazılarımızda toxunduğumuz üçün təkrara yol vermək istəməzdik. Ancaq aksiyadan sonra ölkə Prezidentinin başçılığı ilə keçirilən bir toplantıda orduyla bağlı səsləndirilən fikirlərə bəzi kəsimlərin reaksiyası haqqında heç nə demədiyimiz üçün məsələyə indi qayıdırıq. Prezident İlham Əliyev belə bir fikir işlətmişdi ki, “bəzi antimilli ünsürlər ordunu gözdən salmaq istəyir”. Bundan dərhal sonra da bəzi siyasilər və siyasi kəsimlər ölkə başçısının bu fikrini özlərinə ünvanlı sayaraq geniş şərhlər vermişdilər və “antimilli ünsür” olmadıqlarını sübut etməyə çalışmışdılar. Düzü, cənab Prezidentin həmin çıxışını diqqətlə izlədiyimdən orada konkret olaraq hansısa siyasi qüvvəyə və ya şəxsə işarə edilmədiyinə əmin olsam da yenidən bir neçə dəfə onun videosunu izlədim və təkrardan qəti əmin oldum ki, bu gün siyasi meydanda olan heç kimə işarə edilmir. Amma nə sirdirsə, bir xeyli siyasi fəal Prezidentin bu çıxışını və məhz “antimilli ünsür” ifadəsini özünə götürüb yekə-yekə şərhlər verir, antimilli olmadıqlarını sübut etməyə çalışırdı. Belə yerdə deyiblər ki, “sözü at yerə, sahibi götürəcək”...
Bu ay İsmayıllı üsyanı ilə də tarixə düşdü. Şəxsən mən düşünürəm ki, üsyanın tək səbəbkarı rayonu çapıb-talamağı azmış kimi sakinlərin namusuna toxunacaq ifadələr işlədən bəzi yaramazlardır. Bunlar elə ünsürlərdir ki, axtarsan, nə keçmişləri var, nə də ki, gələcəkləri olacaq. Bu cür ünsürlər bir zamanlar hansısa dağ başında, dərə dibində qoyun otarmaqla məşğul olublar. Sonra qoyun satıb bir az varlanıblar, özlərinə balaca bir dükan açıblar. Bakıya gəlib pul gücünə bir az da varlanandan sonra vəzifə sahibi olublar. O qədər sürətlə varlanıblar ki, hətta özlərini “elita” adlandırmağa başlayıblar. Özləri üçün uydurduqları bu statusa və pul qazanmağa da o qədər aludə olublar ki, adam olmaq ağıllarına belə gəlməyib. Ona görə də elə biliblər ki, “Hammer” sürürlərsə, mehmanxana, mal-mülk, vəzifə sahibidirlərsə, sadə İsmayıllı taksiçisinin anasına söyə bilərlər. Amma gözünə döndüyüm sadə İsmayıllı sakinləri də bunlara yerini göstərməsini bacarıb ha!
Yanvarın izlənimləri arasında kütləvi aksiyalar zamanı polislərin jurnalistlərə münasibəti də dartışma mövzusu oldu. Biriləri iddia etdi ki, jurnalistlər də aksiyalarda iştirak edə bilər. Düzdür, edə bilər. Ancaq biz deyirik ki, jurnalistlər aksiyada iştirakçı olduğu andan onların statusu dəyişir və bundan doğan sonuclara da müvafiq şəkildə qatlanmalıdırlar. Yəni aksiyaya iştirakçı kimi qatılıb tutuqlananda, cərimə ediləndə “mən jurnalistəm” deyə bağırmaq, yumşaq desək, dürüst hərəkət deyil.
Ayın sonuna doğru, elə lap bu gün, Azərbaycan torpaqlarının bir hissəsini hələ də işğal altında tutan Rusiya və İrandan ard-arda Azərbaycanla bağlı açıqlamalar gəldi. Həbsxanaları siyasi məhbuslarla dolub daşan, dünyanın ən qəddar və cahil rejiminə sahib İrandan bir adam hüquqları fəalı – İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb şöbəsinin elmi komitəsinin katibi doktor Cavanpur (maşallah, nə uzun oldu bunun təqdimatı) Təbrizdə keçirilən bir konfransda Azərbaycan Respublikasında insan hüquqlarının tez-tez pozulduğunu deyib. Belədə deyirlər ki, “öz gözündə tiri görmür, mənim gözümdə çöp axtarır”.
İranla bərabər Rusiya da ortalığı qarışdırmaq üçün fürsəti əldən vermir. Artıq iki gündür ki, urus qəzetləri Azərbaycanda “etnik ruslar”a qarşı milli zəmində ayrıseçkilik edildiyini, həm də bunun dövlət siyasəti olduğunu iddia edir. Hələ bir “Azərbaycanda etnik azlıqların hüquqlarını müdafiə edən insan haqları müdafiəçisi İsmayıl Şabanov” adlı birisindən məsələyə münasibət də öyrəniblər və o da deyib ki, “Azərbaycan hakimiyyəti “etnik azlıqları sıxışdırmaq” siyasəti aparır”.
İndi gəl də bu Rusiyanın açıqlamalarına “adımı sənə qoyum, səni yana-yana qoyum” qiyməti vermə. Bu ölkənin özü bir tərəfdə rus olmayanların dilini rəsmən yasaqlayır, məktəblərdə milli azlıqların dillərinə yasaq gətirir, rus olmayanlara qarşı açıq-aşkar ayrıseçkilik edir, di gəl Azərbaycanda rusların etnik ayrıseçkiliyə məruz qaldığını iddia edir. Yaxşı ki, bu məsələyə elə rusun biri, Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin dərhal bəyanatla münasibət bildirərək şəxsən özünün də mənsub olduğu ruslara qarşı ölkəmizdə ayrıseçkiliyin heç vaxt olmadığını təsdiq etdi. Üstəlik onu da vurğuladı ki, Azərbaycan dünyanın ən xoşgörülü ölkəsidir.
Hə, bir də yadımdan çıxmadan onu da deyim ki, İsmayıllı olaylarında hansısa siyasi çalar axtarmağa, “balıq tutmağa” çalışmağa dəyməz. Vallah, oradakı məsələ doğrudan da namus-qeyrət məsələsi idi ki, İsmayıllı camaatı lazım olan reaksiyanı verdi və məsələ bitdi. Məncə, həmin hadisədən adamları tutuqlamaq, cinayətkar axtarmaq, siyasi prosesləri körükləndirməyə çalışmaq üçün istifadə etməyə heç gərək yoxdur. Bütün tərəflərə deyirəm bunu...

Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |