02.02.2013 [13:07] - Gündəm, DAVAMın yazıları
Əkrəm Əylislinin “Daş yuxular”ı haqqında ayrıca yazı yazmaq fikrim var. Ona görə də bu əsər barədə hələlik fikirlərimi tam olaraq açıqlamaqdan vaz keçirəm. Lakin onu da demək istərdim ki, əsərin yaratdığı ajiotajın cəmiyyətimizdə birmənalı qarşılanmaması Azərbaycanda nələrinsə və kimlərinsə yerində olmadığını bir daha sübut edir.
İddia edə bilmərik ki, bu əsəri tənqid edənlərə qarşı mövqe bildirənlərin hamısı qaragüruh yanaşması sərgiləyir. Misal üçün, “Azadlıq” qəzetində yazıçı Zümrüd Yağmurun çox ağlabatan, məntiqli və mədəni bir fikri yer alıb ki, onunla razılaşmamaq olmaz: “...bəşəri olmağın yolu millilikdən imtina etmək, həqiqəti təhrif etməkdən keçmir. Əkrəm bəy həqiqəti bir kənara qoyub Azərbaycanlıları erməniləri əzən tərəf qismində təqdim edirsə, bu, artıq milli hisləri deyil, həqiqəti nəzərə almamaqdır. ... böyük ədəbiyyat yaratmaq istəyiriksə, ... bunu həqiqəti təhrif etmək hesabına etməməliyik”.
Elə eyni qəzetdə başqa bir yazıda isə iddia edilir ki, Ə.Əylisli həqiqətləri qələmə aldığı üçün təndiqlərə tuş gəlir. Müəllifi Etibar Əliyev, başlığı “Əkrəm Əylislinin o romanı Azərbaycanın xeyrinədir...” olan yazıdan sitatlar:
“Əsərin rus variantından tərcümədə ciddi qüsurlar var. Məsələn, “sukin sın” sözü “gədə” kimi tərcümə olunub. Bunda da məqsəd yazıçıya qarşı qəzəbi artırmaqdır...” – Açığı, şəxsən mən E.Əliyevin məntiqini anlamadım. İndi bu “gədə” ifadəsi “sukin sın” (oxuculardan üzr istəyirəm – A.H.) ifadəsindən daha biədəb, daha aşağılayıcı bir ifadəmidir ki, yazıçıya qarşı daha artıq qəzəbə səbəb olsun?
“Əslində ... Əkrəm müəllim bizim əleyhimizə heç nə deməyib. ... Ermənistanda Azərbaycanlıları diri-diri basdıranların əksəriyyəti xaricdən, Dağlıq Qarabağdan və Bakıdan qaçan ermənilər idilər. ... Həmin vaxtlar Bakıda və başqa bölgələrdə adekvat addım atanların əksəriyyəti bunları gözləri ilə görən yerazlar idilər. Əkrəm müəllim bunu düz yazıb. Yazıçı göstərib ki, baxın, təsir əks təsiri yaradır. Yazıçı səbəbi sadə və ustalıqla göstərir.” – Burada isə E.Əliyev Ə.Əylislinin tarixi faktları saxtalaşdırmasına könüllü şəkildə ortaq olur. Məsələ ondadır ki, Ermənistandakı Azərbaycanlıları Azərbaycandan qaçqın düşən ermənilərin öldürməsi kimi bir fakt heç ermənilərin özünə də bəlli deyil. Bilirsiniz, niyə? Çünki ermənilər Azərbaycandan qovulan zaman artıq Ermənistanda Azərbaycanlı qalmamışdı və adi məntiqlə də buradan gedən ermənilərin öldürmək üçün orada Azərbaycanlı tapması mümkün deyildi.
“Bu gün Ermənistanda “Ermənistan Azərbaycan torpaqlarını işğal edib” deyən, “Xocalıya görə üzr istəyək” söyləyən və nəticədə daş-qalaq edilən insanlar var.” – Düzdür, E.Əliyev, bunları şəxsən mən də bilirəm. Ancaq məsələ ondadır ki, Azərbaycanla Ermənistan cəmiyyəti bu məsələlərdə eyni tərəziyə qoyula bilməz. Ona görə ki, Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, ermənilərə Xocalı soyqırımı yaşatmayıb və bu gün də Azərbaycanın işğaldan kənardakı torpaqlarında on minlərlə erməni rahat şəkildə yaşayır. Halbuki nəinki Ermənistanda, heç onun işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında nümunə üçün bir nəfər Azərbaycanlı tapa bilməzsiniz! Budurmu sizin “ustad” dediyiniz yazıçının “doğru vətəndaş mövqeyi”?
Maraqlıdır ki, bir sıra gənc yazarlarımız da ya tarixi faktlardan xəbərsiz olduqları üçün, ya da sadəcə toplumdan nə yolla olursa olsun fərqlənmək üçün bu günün gerçəklərini və ermənilərin hələ də bizə yaşatmağa davam etdiyi acıları görməzlikdən gəlir. Misal üçün, gənc yazar Günel Mövlud deyir ki, “mən bu gün yaşadığım qaçqınlıq aqibətinə görə erməni xalqına deyil, bu olayların əsl kökünü özündə daşıyan siyasətə nifrət edirəm. Əkrəm Əylislinin romanına gəlincə, yazar tarixçi deyil ki, ondan tarixi dəqiqlik tələb olunsun”. Anlaşılan odur ki, bu gənc bu gün bədii ədəbiyyat nümunəsi kimi təqdim edilən bir əsərin illər sonra insanların şüuruna necə təsir edəcəyinin fərqində deyil. Hələ bu azmış kimi bu xanım da Ə.Əylisliyə qoşulub tarixi faktları təhrif etməkdən çəkinmir: “Xocalı hadisələri olubsa, Sumqayıt hadisələri də olub. Bir milyon qaçqın bizdən varsa, 500 mindən artıq da Bakıdan və başqa yerlərdən köçkün düşmüş ermənilər var”. Heyrət yəni! Artıq ermənilərin özlərinin belə etiraf etdiyi bir gerçəyi G.Mövlud açıq-aşkar təhrif edir! Məgər Sumqayıt hadisələrini Sovet DTK-sının bir erməninin əliylə törətməsi faktı sizə bəlli deyilmi? Üstəlik, hansı beş yüz min (!) köçkün ermənidən danışırsınız? Və bütün bunları da yurd-yuvası işğal altında olan, talan edilən birisi kimi deyirsiniz?!
Daha bir gənc yazar Sevinc Pərvanə isə əsəri oxumadığını, ancaq “bir əsərinə görə yazıçının üstündən xətt çəkməzlər axı. Əkrəm Əylisli yaxşı yazıçıdır, yaxşı vətəndaşdır” deyir. Necə yəni çəkməzlər? Bir əsərinə görə deyil, bir kəlməsinə görə də adamın üstündən xətt çəkərlər! Əgər o kəlmə tarixi gerçəkləri təhrif edir, belə bir həssas məqamda düşmən dəyirmanına su tökürsə!
Seymur Baycan isə deyir ki, “mən onu dəstəkləyirəm. Ola bilsin, yazdıqları kiminsə xətrinə dəyə bilər. Amma indi 21-ci əsrdir”. Əcaib bir yanaşmadır düzü. Necə yəni dəstəkləyirsən? Sən də ona qoşulub iddia edirsənmi ki, ermənilər mədəni, mərifətli xalqdır, biz isə vəhşi bir millətik? Axı onun yazdıqları sadəcə hansısa fərdlərin deyil, bütöv bir xalqın, sənin təbirincə desək, “xətrinə dəyib”!
Hələ də bəzi şəxslər anlamır və ya anlamaq istəmir ki, Ə.Əylisliyə yönələn tənqidlər heç də onun şəxsi mövqeyinə görə deyil. Bu tənqidlər adamın göz görə-görə tarixi təhrif etməsinə görədir! Elə Akif Əlinin Qafqazinfo.az-da yayımlanan çox qısa qeydlərini burada təqdim etməklə biz də, əslində, məsələnin mahiyyətinin nədən ibarət olduğunu göstərə bilərik: “Adam əsl erməni tərsliyi ilə boynuna almaq istəmir ki, onu necə cümlə qurmağına, hansı sözlərdən istifadə etməsinə, hansı fikri qələmə almasına görə - yəni Ədəbiyyat fəaliyyətinə görə yox, Tarixi təhrif etdiyinə görə suçlayır camaat. Tarixi yalan yazdığına görə! Sən yalan yazmısan, Ə.Əylisli. Sən Tarixdə, özü də gözümüzün qabağında olan Tarixdə gördüyümüz, yaşadığımız acı həqiqətləri təhrif edib astar üzünə çevirmisən. Sən hadisələri birtərəfli, daha doğrusu ermənitərəfli yazmısan. Sən obyektiv olmamısan. Humanistcəsinə yox, kin, nifrət, hikkə püskürərək yazmısan. Buna isə Ədəbiyyat adamının, Yazıçının haqqı, hüququ, ixtiyarı yoxdur”.
Bir də, dostumuz Seymur Baycan deyir ki, Ə.Əylisliyə qarşı hücum kampaniyasına qoşulanlar sifariş alıblar. Düz deyirsən, şəxsən mən sifariş almışam. Və bu sifarişi açıq alınla icra edirəm. Yəqin ki, sifarişi kimdən aldığım da maraqlı olardı. Aşağıda bir-bir sıralayım, sizsə oxuyun.
Bu sifarişi Xocalıda ermənilər tərəfindən namusuna təcavüz edilən yeniyetmə Azərbaycanlı qızından almışam!
Bu sifarişi ərinin gözü qarşısında ermənilər tərəfindən zorlanan gənc Azərbaycanlı gəlinindən almışam!
Bu sifarişi Şuşadakı donuzxanaya çevrilmiş Gövhərağa məscidinin imamından almışam!
Bu sifarişi atalarının qəbirləri hələ də erməni işğalçılarının tapdağı altında qalan yüz minlərlə yurdsuz-yuvasız həmvətənimdən almışam!
Bu sifarişi yurdu-yuvası yer üzündən silinən, tarixi keçmişi yox edilən Şuşalı, Laçınlı, Kəlbəcərli, Zəngilanlı, Ağdamlı, Füzulili, Cəbrayıllı, Xankəndili, Xocalılı, Ağdərəli, Qubadlılı, Xocavəndli və adını saymadığım daha neçə yurd yerimizin hələ də yurd həsrətli köçkün sakinlərindən almışam!
Bu sifarişi ermənilər tərəfindən gözləri kor edilən, qıçları, qolları budanan, düşmən əsirliyində gördüyü işgəncələrdən hələ də yuxudan səksənib ayılan on minlərlə qazi qardaşlarımızdan almışam!
Bu sifarişi atasının, qardaşının qarşısında ermənilər tərəfindən zorlanan bacımdan almışam!
Bu sifarişi ərinin qarşısında ermənilər tərəfindən namusuna heyvancasına təcavüz edilən sənin, mənim, Ə.Əylislinin və digər Azərbaycanlının anasından almışam!
Bu sifarişi bədənindəki qəlpələrin yeri hələ də sızıldayan Qarabağ qaziləri Rey Kərimoğludan, Firudindən, Etimaddan, bir TV kanalımızın çərlədib öldürdüyü Oruc Məmmədəliyevdən və saya bilmədiyim minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla həmvətənimdən almışam!
Bəli, mən bu yazını sifarişlə yazmışam!

Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |