Şrift:
Sərbəst güləş millimiz Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub
10.08.2023 [11:05] - Gündəm, İdman
Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub.

Azərbaycan Güləş Federasiyasından mətbuat xidmətindən verilən məlumata əsasən, yığma yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.

Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı.
Bu xəbər oxucular tərəfindən 1616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed