10.08.2023 [11:10] - Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan İcması son günlər Ermənistanda özlərinə “Səlibçilər” adı vermiş bir qrup caninin İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçirməsini, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərin yenicə qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarını pisləyir.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.
İcmadan qeyd edilib ki, keçən il revanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə “Türksüz Ermənistan” şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda, bəlkə də, belə əməllər təkrarlanmazdı:
"Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən, BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı Missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır".

Bu xəbər oxucular tərəfindən 6505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |