Şrift:
Pakistan prezidenti Milli Assambleyanın buraxılmasını təsdiqləyib
10.08.2023 [11:18] - Gündəm, Siyasət
Pakistan prezidenti Arif Alvi Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılmasını təsdiqləyib.
Bu barədə Arif Alvinin mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq baş nazirin (Şahbaz Şərif - red.) məsləhəti ilə Milli Assambleyanı buraxıb", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif ölkə prezidentinə Milli Assambleyanın vaxtından əvvəl buraxılması ilə bağlı bildiriş göndərmişdi.
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed