17.08.2023 [11:18] - Gündəm, İdman
“Qarabağ” bizə bir neçə il əvvəlki “Neftçi”ni xatırlatdı.
Bu sözləri Finlandiyanın HİK komandasının futbolçusu Lukas Linqman evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionu təcrübəli baş məşqçisi olan yaxşı komandadır: “Səfər oyununda qol imkanlarımız olsa da, hamısından istifadə edə bilmədik. İnanıram ki, mütəşəkkil oyunumuzla rəqibin müdafiəsini yara bilərik. Həmçinin özümüz də arxa xətdə diqqətli olmalıyıq ki, “Qarabağ”ın hücumçuları fərqlənə bilməsinlər”.
Qeyd edək ki, bu gün keçiriləcək HİK–“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |