02.02.2013 [14:50] - Xəbərlər, Gənclik
2 fevral ölkədə Azərbaycan gəncləri günü kimi qeyd olunur. 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I Forumu keçirildi. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi.
Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi gənclər günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Ölkəmizdə 3 milyon nəfərə yaxını gənc var və bu gün onların bayramıdır. Gənc oğlan və qızlar təxminən eynilik təşkil edir. Müasir Azərbaycan gəncliyində ali təhsilli gənclər üstünlük təşkil edir. Amma onların heç də hamısı işlə təmin olunmayıb. Bununla belə, gənclərin başqa problemləri da var.

Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |