29.08.2023 [17:41] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda müstəqilliyin bərpasının əsası 1991-ci ilin 30 avqustunda qoyulub. 30 avqustda “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi qəbul edilib. 1991-ci il 18 oktyabrda Azərbaycanın müstəqilliyini bərpası ilə bağlı Konstitutsiya Aktı qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının elanı Azərbaycanın yeni intibahının əsasının qoyulması demək idi.
Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Bununla da Azərbaycan müstəqilliyini bərpa etdi və inkişaf mərhələsinə qədəm qoydu. Həmin dövrdə proseslərdə iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bir dövlətin müstəqilliyi ləyaqət işidir. Bir millət özünü dövlətlər sırasında görürsə, itirilmiş dövlətçiyini bərpa edirsə, bundan böyük şərəf olmaz:
“Taleyimizə düşdü, biz də onu yaşadıq. Mən o zaman parlamentdə iştirak edirdim, istiqlalçı deputatlardan biri idim. Bunda əvvəl isə bu günlərə gəlmək üçün xeyli çalışdıq. O zaman SSRİ-nin saxlanılması üçün referendum keçirilirdi, əsl savaş ondan başlamışdı. 43 nəfər istiqlalçı deputat SSRİ-nin saxlanılmasına etiraz edən adamlar idi. O zaman çox ciddi şəkildə təpki göstərdilər, referendum keçirdilər, doğrudur, sonradan bu referendumun nəticələri əhəmiyyətini itirdi, amma daxildə müstəqilliyə qarşı kifayət qədər qüvvələr var idi. Biz bu bəyanatı parlamentdə qəbul edərkən təbii ki, xalqın istəyi ilə çıxış edirdik. Bu, təkcə parlamentdə ərsəyə gəlmirdi, çöldə artıq bütün millət savaş aparırdı. Onların iradəsini ifadə etmək lazım idi. O zaman Demokratik Blokun 25 üzvü bu savaşı içəridə aparırdı, SSRİ-nin saxlanılmasının əleyhinə səs verənlər 43 nəfər oldu. Biz ilk bəyanatı verəndən sonra proseslər başladı və Müstəqillik Aktı qəbul olundu”.
F.Quliyev qeyd edib ki, müstəqilliyin bərpası zamanı əsas götürülən 1918-1920-ci ildə mövcud olmuş dövlətimizin bərpası idi:
“Onun bütün atributları, ortaya qoyduğu yanaşmalar yeniləndi. Bu, uzun müddət Müstəqillik Günü kimi qəbul olundu, amma sonradan Müstəqilliyin Bərpası Günü kimi qəbul edildi və bu, daha doğru ifadədir. Çünki biz müstəqil dövlət olmuşduq və müstəqilliyimizi yenidən bərpa etdik. Bu, təkcə duyğusal məsələ deyil, onun arxasında Azərbaycanın problemlərinin həllinin başlanğıcı dururdu. Çünki bir kölə dövlət olaraq Azərbaycan problemlərinə qarşı dayana bilməzdi. O zaman süni şəkildə yaradılmış və bu gün də tam bitməmiş Qarabağ məsələsi imperiyanın son 200 ildə Azərbaycana vurduğu zərbələrdən biri idi. Bu problemin aradan qaldırılması üçün Azərbaycanın müstəqil dövlət olması vacib idi. Azərbaycanın özünün ordusu olmalıydı. Azərbaycanın əsgər göndərdiyi, pul verdiyi ordu Xocalıda 366-cı alay şəklində azərbaycanlılara qarşı soyqırım etmişdi. Yeni ordu yaratmaq üçün mütləq yeni dövlət olmalı idi ki, onun da atributları, elemetləri, dəyərləri olsun. Azərbaycanın büdcəsi boşdu, iqtisadiyyatı , əlaqələri, müstəqil siyasəti yox idi. Yəni bu proses təkcə sinvolik xarakter daşımadı. Bu haqda çox danışmaq mümkündür, hər kəs də bu məsələlərdən məlumatlıdır. Mən o tarixi yaşayan, Müstəqillik Aktını hazırlayan 3 nəfərdən, səs verənlərdən biri kimi Azərbaycan xalqını təbrik edirəm”.
F.Quliyev hesab edir ki, bu gün də o savaş davam edir:
“Azərbaycan dövləti mövcud olduğu müddətdə də müstəqillik savaşı davam edəcək. Çünki düşmənlərimizin böyük planları var, bizi yox etmək istəyirlər. Biz isə mövcud olmaq və böyümək uğrunda savaş aparacağıq. Bizim ən böyük uğurlarımızdan biri də Türk Dövlətləri Birliyinin yaranması və bu savaşın içinə girməsidir. Bu, ayrı-ayrılıqda bütün türk dövlətlərinin, o cümlədən də Azərbaycanın müstəqilliyinin ciddi şəkildə qarantıdır”.
Vilayət Muxtar/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |