06.09.2023 [09:08] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ədliyyə Nazirliyi daha bir partiyanı qeydiyyata alıb.
Musavat.com xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyası reyestrdən keçib. Partiyanın sədri Fərəc Quliyev Musavat.com-a yenidən qeydiyyata alınma və s. məqamlarla bağlı açıqlama verib.
O, vurğulayıb ki, siyasi palitrada partiyaların yeri, gücü müəyyənləşməli idi:
“Bəzi partiyalar üzv sayı ilə bağlı narazılıqlar edirdilər. Hesab edirəm ki, tələb olunan üzv sayı böyük deyildi. Əgər bir partiya hakimiyyətə gəlmək, dövləti idarə etmək iddiasındadırsa, tələbdən çəkinməməlidir. Birinci mərhələdə 10202 nəfərlik siyahı təqdim edilmişdi, dünyasını dəyişənlər, başqa partiyaların üzvü kimi görünənlər var idi və s. Müvafiq düzəlişləri etdikdən sonra ikinci mərhələdə 6300 imza ilə qeydiyyata alındıq”.
Yeni hədəflərə gəlincə, F.Quliyev bildirdi ki, partiya yeni seçkilərə hazırlaşır:
“Bələdiyyə, parlament, prezident seçkilərində iştirak etmək istəyirik. Bəzi partiyalar boykot adı altında yaxasını kənara çəkir, amma istənilən partiyanın hədəfi seçkidə iştirakdır. Siyasi palitrada ciddi islahatların aparılması üçün seçki sistemini dəyişmək lazımdır- proporsional, yaxud qarışıq, çünki partiyanın gücü seçkidə üzə çıxır. Yenidən qeydiyyata alınma prosesində 31 partiya özünü buraxdı. Məsələn, Türkiyə seçkilərində məlum oldu ki, 27 faiz milliyətçi kəsimə səs verən elektorat var. Odur ki, partiyaların gerçək gücünü üzə çıxarmaq üçün bizdə də bu müəyyənləşməlidir. Gələcəkdə parlamentdə fraksiyalar olarsa, qanunlara təsir etmə imkanları artacaq. 2003-cü ildən ortaya qoyduğumuz prioritetlər var. Yeganə partiyayıq ki, departamentlərimiz var-Qərbi Azərbaycan, Güney Azərbaycan, Borçalı, Türk dünyası və s. Partiyamız ideoloji baza ətrafında fəaliyyətini davam etdirəcək”.
Nigar HƏSƏNLİ/Musavat.com

Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |