07.09.2023 [12:48] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında xeyli mövzu müzakirə olunub. Bizi maraqlandıran prezidentlərin Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı nələri müzakirə etmələridir. Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında “Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik” cümləsini işlədib.
Bu cümlədən çıxan nəticə budur ki, bizim məsələ ilə bağlı qısa fikir mübadiləsi olub. Ancaq görünən budur ki, Qarabağ mövzusu geniş olunmayıb. Türkiyə Prezidenti NATO-nun son Vilnüs zirvə toplantısında Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər Qarabağı tərk edəcəyinə inandığını bildirmiş və Putinin bununla bağlı vədini xatırlatmışdı.
Maraqlıdır, bu görüşdə Qarabağ məsələsi ətraflı müzakirə olunubmu?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mətbuatda gedən məlumatlardan xəbərdardır: “Bu görüşdən əvvəl Hakan Fidanın da müəyyən təmasları oldu. Ölkə başçıları arasında müzakirə olunacaq məsələlər əvvəlcədən razllaşdırılmışdı. Görüş barədə ictimaiyyət üçün ətraflı məlumat verilmir. Amma Qarabağ, NATO, Suriya, Ukrayna enerji, Qara dənizin taleyi, Türkiyə - Rusiya münasibətləri barədə ətraflı müzakirələrin aparıldığı dəqiqdir. Qarabağ məsələsi birmənalı şəkildə müzakirə olunub. Türkiyənin digər ərazilərdə olduğu qədər, Qafqazda da maraqları var. Bu regionda böyük qüvvələrin maraqları toqquşur. Xüsusən də Fransanın fəallığı müzakirə olunmaya bilməz. NATO – da birgə təmsilçilikləri olsa da, Fransa fərdi maraqlarına görə Türkiyə ilə açıq rəqabət aparılır. Belə ziddiyətli məsələ ilə bağlı, təbii ki, müzakirə aparılıb. Kiçik zamandan sonra bunun əlamətləri görünəcək, hətta mediaya da informasiyalar sızacaq. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə olduğu kimi, xarici siyasət konturlarının müəyyənləşməsində də birgə hərəkət edirlər. Bəzən Ermənistanla olan gərginlik fonunda bir çoxları Türkiyəni susqun qalmaqda günahlandırır. Bu, əslində susqunluq deyil. “Lal axan” çayla paralel aparmaq olar. Hansı masada Azərbaycan varsa, orda Türkiyə də var”.
Putin danışıqlar zamanı türkiyəli həmkarının bu məsələyə böyük diqqət ayırdığını söyləyib. Qeyd edib ki, Rusiyanı bu sazişi dayandırmağa məcbur ediblər: "Qərb Rusiyanı "Taxıl sazişi"nin humanitar xarakter daşıması ilə bağlı aldadıb”.
Rusiya lideri ölkəsinin "Taxıl sazişi"ni bərpa etməyə hazır olduğunu da söyləyib. Vurğulayıb ki, Rusiya kənd təsərrüfatı məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq: "Rusiya "Taxıl sazişi"nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.
Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib ki, erməni syasətçiləri bu görüşü narahatlıqla izləyib.
Abramyanın sözlərinə görə 44 günlük müharibədən sonra Türkiyə Qarabağ məsələsində kifayət qədər önə keçə bilib və hazırda da mümkün qədər təsirini artırmağa çalışır:
“Bu isə, şübhəsiz, bizim maraqlarımıza ziddir. Rusiya əsas diqqətini Ukrayna cəbhəsi istiqamətində cəmləyib, lakin Cənubi Qafqazda səylərini gücləndirməlidir, çünki əks halda hadisələr onun üçün gözlənilməz məcraya keçə bilər”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |