Şrift:
Fərəc Quliyev:Təkrar qeydiyyat prosesi siyasi partiyalar sistemində dəyişikliklərə səbəb oub
08.09.2023 [11:47] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Qarışıq seçki sistemi partiyaların real gücünün ortaya çıxmasını təmin edəcək”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat prosesindən sonrakı mərhələyə yönəlik gözləntiləri haqda danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, siyasi partiyaların təkrar qeydiyyat prosesinin ardınca mövcud seçki sisteminin dəyişdirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Bildiyiniz kimi, yeni qanun təqdim ediləndə, müəyyən narazılıqlar, xüsusilə, partiya üzvlərinin sayı ilə bağlı tələbə etirazlar vardı. Amma zaman göstərdi ki, bu işlərin həyata keçirilməsi zəruri idi. Yəni köhnə qanunun dəyişdirilməsi artıq zamanın tələbinə çevrilmişdi. Üstəlik də hakimiyyət iddiası olan partiyalar üzvlərin say tələbi məsələsində tərəddüd etməməlidirlər.

Digər tərəfdən, üzvlərin siyahısının dəqiqləşdirilməsi prosesi biz qarışıq əksər partiyaların qüsurlarını üzə çıxardı. Məsələn, bizim iki yüzə yaxın üzvümüz vəfat etsə də, bu statistika siyahılarda öz əksini tapmamışdı. Eyni zamanda, partiyamızı tərk edən sabiq üzvlərimizin, eləcə də bizim sıralarımıza qoşulan çox sayda yeni üzvümüzün statistikası siyahıya yansımamışdı. O baxımdan, Ədliyyə Nazirliyinin həyata keçirdiyi o prosesin ədalətli və obyektiv olduğu vurğulanmalıdır.

Əlbəttə, təkrar qeydiyyat prosesi siyasi partiyalar sistemində dəyişikliklərə səbəb oub. Lakin bundan sonra əsas məsələ seçki sisteminin dəyişdirilməsi və partiyaların növbəti seçkilərə proporsional, yaxud da qarışıq seçki sistemi əsasında seçkiyə getmələridir. Qarışıq seçki sistemi partiyaların real gücünün ortaya çıxmasını təmin edəcək. İndiki vəziyyətdə hər kəs “Qeydiyyatdan keçmişəmsə, güclüyəm” yanaşması ilə özünü şanslı saya bilər. Amma gerçək güc məhz seçkilərdə üzə çıxacaq”.

A.Zeynalov/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed