04.02.2013 [09:51] - Güney Azərbaycan xəbərləri
Ötən həftə Almaniyanın Düsseldorf hava limanında 70 milyon dollar həcmində qəbzlə saxlanılan şəxsin kimliyi açıqlanıb.Həmin şəxs İranın sabiq maliyyə naziri Tahmasib Mazeheri olub.
Almaniya mətbuatı yazır ki, 59 yaşlı Mazeheri əvvəllər İranın maliyyə naziri və İran Milli bankının sədri olubmuş. Almaniya polisi onu yanvarın 21-də saxlanılıb. Belə ki, iranlı eks-nazirin baqajından Venesuela bankının 300 milyon bolivarı (70 milyon dollar) tapılıb.
Hazırda sabiq nazirin ödəniş sənədlərini açıqlamamaqda ittiham olunacağı gözlənilir. Bundan başqa, Almaniya hakimiyyəti pul vasitələrinin yuyulması əlamətlərinin aşkarlanmasına dair araşdırmalara da başlayacağını bildirib.
Mazeheri özü məsələ ilə bağlı bildirib ki, bu pulları 10 min yeni mənzilin tikintisini maliyyələşdirmək üçün Venesuela hökümətinə verməyi planlaşdırırmış.

Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |