18.09.2023 [11:14] - Siyasət
İrəvan Ağsaqqallar Şurasına (parlament) seçkilərdə səslərin 8 faizi hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 37 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 34,67 faizinin səsini toplayıb. İkinci yerdə indiyədək 18,19 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 14,02 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.
İrəvan meriyasına seçkilərdə rekord həddə aşağı iştirak (28,46 faiz) qeydə alınıb, yəni 824 min 250 seçicidən yalnız 234 min 553-ü səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə əsasən həm də şəhərin meri seçiləcək. Onu seçkilərdə 50 faizdən çox səs toplayan partiya və ya siyasi blok seçəcək.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |