Şrift:
Mühacir kürdlər Urmu şəhərində planlı şəkildə daşınmaz əmlak alırlar
04.02.2013 [10:43] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu şəhəri və ətraf bölgələri kürd türrorçu təşkilatlarının hədəfində olaraq qalır.

Məlumata görə, keçən həftə ərzində mühacir kürdlərinin Urmu şəhərində daşınmaz əmlak almalarında xüsusu aktivlik hiss olunub. Soyuq Bulaq (Mahabad), Xana (Piranşəhr), Bəykəndi (Bukan) və s. bölgələrdən gələn kürdlər planlı və sistemli bir şəkildə Urmu şəhərinin özəl məntəqələrində apartman evləri alırlar. Kürdlər nəzərdə tutduqları məntəqələrdə apartman evlərini ələ keçirmək məqsədi ilə bir neçə qat artıq pul verməyə belə hazırdılar. Onların bu əməli o qədər şübhə doğurub ki, Urmuda tikinti və alım-satım şirkətləri kürdlərin planlarını anlayıb və onlara daşınmaz əmlak satmaqdan imtina etməyə başlayıblar. Bu barədə Batı Azərbaycanın Milli Müdafiə Komitəsi xəbər yayıb.

Qeyd edək ki, mənbənin yaydığı məlumata görə, mühacir kürdlərin Urmunun özəl məntəqələrində bir neçə qat baha qiymətə daşınmaz əmlak almaları xüsusi nigaranlıq doğurur və bu əməlin arxasında məkrli planların olduğunu göstərir.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed