26.09.2023 [10:21] - Siyasət
ABŞ Dövlət Departamenti sentyabrın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Vaşinqtona səfər tələbinin rədd edildiyini təsdiqləyib.
İranın xarici işlər naziri ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olub. İran mətbuatının yazdığına görə, o, ABŞ rəsmilıərindən Vaşinqtona getmək üçün icazə istəsə də, müsbət cavab almayıb. Bildirilib ki, 1979-cu il İran inqilabından sonra İranın Vaşinqtonda səfirliyi yoxdur.
Xatırladaq Tramp administrasiyası dövründə qəbul edilmiş qaydalara əsasən, İran rəsmilərinin ABŞ-a səfərləri zamanı müəyyən bölgələrə səfərləri qadağan edilib.

Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |