Şrift:
İranda jurnalistlərin tutuqlanması etirazlarla qarşılanıb
04.02.2013 [12:03] - Güney Azərbaycan xəbərləri, Hüquq
Hazırda İran həbsxanalarında 62 jurnalist və bloqqerin saxlanıldığı bildirilir.
İranda bir qədər əvvəl həbs olunan 16 jurnalistin saxlanılması etirazlarla qarşılanıb. Həmin jurnalistləri xaricdəki farsdilli informasiya vasitələri ilə əməkdaşlıqda və onlara işləməkdə günahlandıran İran rəhbərliyinin bu addımı Avropanın da diqqət mərkəzindədir. Avropaın nüfuzlu telekanalı «Yevranyus» bununla bağlı hazıradığı xüsusi reportajda (quzariş) media işçilərinin həbsinin siyasi motivli olduğunu bildirib. Avropalılar hesab edir ki, İran rəsmiləri bununla ölkədən xaricə informasiya sızmasının qarşısını almağa çalışır. Hüquq müdafiə təşkilatları hazırda İran habsxanalarında 62 jurnalist və bloqqerin saxlanıldığını bildirir.
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed