28.09.2023 [10:26] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Heç bir xarici dövlətin iştirakı idarəetmədə olmayacaq”.
Bu fikiri Qarabağda idarəçiliyin necə həyata keçiriləcəyini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Fərəc Quliyev bildirib ki, Azərbaycan ərazisində başqa ölkə idarəçilik edə bilməz:
“Torpaqlarımızı biləyimizin gücünə və dərin dövlət siyasətinin hesabına işğaldan azad etdik. Danışıqlarla torpaq qaytarmadılar. Sübut olundu ki, qanla alınan torpaq, qanla da geri qaytarıldı. Dövlətimiz, millətimiz həmişə döyüşə hazır olmalıdır.
Azərbaycanın suverenliyi tam bərpa olunandan sonra bu ərazidə də sabitləşmə və ölkəmizin digər ərazilərindəki kimi idarəetmə gündəmdədir. Keçid dövrü üçün ola bilsin, müəyyən formatlar olsun. Prinsipcə, həmin ərazilərimizdə idarəetmə Azərbaycanın digər yerlərindən fərqlənməyəcək. Oradakı vətəndaşlarımıza xüsusi imtiyaz verilməyəcək. İndiki halda bu idarəetmə sistemi orada da tətbiq ediləcək, dəyişikliklər olacaqsa, orada da olacaq. Heç bir xarici dövlətin iştirakı idarəetmədə olmayacaq. Ola bilsin, Rusiya sülhməramlıları da vaxtından əvvəl getsinlər. Azərbaycanın həmin ərazilərdəki vətəndaşlarına münasibət göz önündədir. Dünən bizə silah qaldıranlara Azərbaycan polisi su, ərzaq verir. Azərbaycan tərəfi bunun kiminsə göstərişi, təzyiqlərindən qorxaraq etməyib. Təzyiqlərə qalsa, Azərbaycan güc yolunu seçməzdi.
Oradakı qurumların hamısı buraxılacaq. Dinc əhali seçkilərdə iştirak edəcək, onların seçib və seçilmək hüququ olacaq. Hüquq mühafizə orqanlarında xidmət etmək istəyənlər işə qəbul oluna bilərlər və yalnız Daxili İşlər Nazirliyinin verdiyi mundirlə xidmət edə bilərlər. Onlar başqa forma geyinə bilməz və başqa mundir geyinən bizim ərazimizdə ola bilməz. Yalnız keçid dövrü üçün hansısa format nəzərdə tutula bilər”.
Səxavət Məmməd/yenicag.az

Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |