Şrift:
Pərviz Şahbazov: Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub
29.09.2023 [10:00] - Gündəm, İqtisadiyyat
Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmet təbii qaz nəql edilib.

Nazir qeyd edib ki, Türkiyəyə nəlq edilən təbii qazın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri ilə ixrac olunub. Bildirilib ki, bu günə qədər TANAP ilə ümumilikdə 24 milyard kubmetrə qədər təbii qaz ixrac edilib.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed