Şrift:
Ermənistanın verdiyi vədləri yerinə yetirməsi sabitlik üçün yeganə yoldur - Türkiyənin müdafiə naziri
29.09.2023 [10:03] - Gündəm, Türk dünyası-Turan
Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler danışıb.

"Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi müqavilə tərəflərinin buna əməl edəcəyi idi. Proses zamanı Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi.

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur", - deyə nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed