03.10.2023 [10:17] - Xəbərlər, Gündəm
Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür.
Bu sözləri "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov bildirib ki, Azərbaycan son 10 ildə kosmik sahənin inkişafına 600 milyon dollar investisiya yönləndirib.
Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.
“Azərkosmos” dövlətə məxsus agentlik olsa da, biz, eyni zamanda, kosmik fəaliyyətlə bağlı bir sıra beynəlxalq qaydaları qəbul edib, bununla yanaşı yerli kommersiya və qeyri-biznes strukturları ilə də əməkdaşlıq edirik", - deyə Saməddin Əsədov vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |