20.09.2011 [17:06] - Güney Azərbaycan xəbərləri
İranın kənd təsərrüfatı təmsilçisi demişdi ki, Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq
“Altay” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi analitik Elçin Bayramlı ilə müsahibə
- Elçin bəy, İran rejiminin Urmu gölünün “qurutma siyasəti”nin əsas mahiyyətində nə durur və İran rejimi bununla nəyə nail olmaq istəyir?
- Əslində, Urmu gölünün qurudulması prosesinə 1999-cu ildən başlanılıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.
İran hakimiyyətinin Urmu gölünün quruması prosesinə bu cür laqeyd yanaşmasının məqsədi mərkəzi gölün ətrafındakı Urmu şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır.
Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək.
Hələ 2009-cu ildə Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani belə demişdi: "Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir. Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar".
İran parlamentinin bu ilin avqustunda keçirilən toplantısında isə Bucnurddan olan deputat Musəlrza Sərvəti isə Tehranın "Urmu siyasəti"ni aşkara çıxarıb: "Urmu gölü ətrafındakı əhali vaxtkən başqa yerə köçsün, gedib başqa işlə məşğul olsun, onsuz da o göl quruyacaq. Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki, gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?".
Burada, “pişiyin quyruğu” görünür. Urmunun qurudulmasına çalışmaqla molla rejimi Cənubi Azərbaycanda kompakt yaşayan 30 milyon azərbaycanlının ən azı yarısının 15 milyon nəfərin köçürülməsinə çalışır. Nəticədə fars rejimi ölkənin şimalında etnik tərkibi dəyişməyə və Cənubi Azərbaycan problemindən birdəfəlik qurtulmağa çalışır.
- Sizcə, İran rejimi Urmu gölünü quruda biləcəkmi?
- Bu azərbaycanlıların İranda və beynəlxalq aləmdə apardığı mübarizənin gücündən asılı olacaq. Tehran buna nail ola bilər. Görüləcək tədbirləri sadəcə bir neçə il uzatmaqla buna nail ola bilər. Hesab edirəm ki, biz bir neçə il gecikmişik. Lakin hələ də çox gec deyil. Artıq güney azərbaycanlılarının ciddi dirənişi fars rejimini qorxuya salıb. Sözdə də olsa, ciddi tədbrlər görüləcəyini və lazımi vəsaitin ayrılacağını deyirlər. Lakin mübarizə davamlı olmasa, yenə bunlar bildiklərini edəcəklər.
Azərbaycan rəsmi səviyyədə müdaxilə edə bilməsə də, ictimai təşkilatlar, xüsusilə də ekoloji yönümlü QHT-lər beynəlxalq təşkilatlar qarşısında məsələni ciddi şəkildə qaldırmalıdırlar. Diaspor təşkilatlarımız İranın xarici ölkələrdəki səfrilikləi qarşısında davamlı aksiyalar keçirməklə dünya ictimaiyyətiin diqətini bu problemə cəlb edə bilərlər.
Bizim həm rəsmi, həm də ictimai təşkilatlar səviyyəsində etiraz etmək haqqımız var. Ən azı bu gölün quruması və nəticədə əmələ gələcək duz sunamisi ilk növbədə Azərbaycana zərər vuracaq.
İkinci bir tərəfdən Arazdan Umuya qol çəkilməsi Arazqırağı rayonlarımızda ciddi aqrar böhran yarada bilər. Molla rejimi bir güllə ilə iki quş vurmaq istəyr. Biz buna etiraz eləsək deyəcəklər Urmunun qurumaması üçün apardığımız işə Azərbaycan mane olur. Etiraz etməsək, onda bizə ciddi zərər toxunacaq.
- Hazırda dünyada ciddi geopolitik dəyişikliklərin baş verdiyi ortadadır. Ərəb dünyasının siyasi siması dəyişir və ya dəyişdirilir. Bu dəyişikliklər dünya türkləri üçün nələr vəd edir?
- Ərəb şərqində baş verənlər uzun illər öncədən planlaşdırılmış prosesin davamlı aparılmasının nəticəsidir. Bu prosesin bir mərkəzdən idarə olunduğu və buna son dərəcə ciddi hazırlaşıldığı ortadadır. ABŞ, Avropa və İsrail Yaxın və Orta Şərqdə parçalanma yaratmağa, xaos əmələ gətirməyə və bundan yararlanıb bölgənin zəngin təbii sərvətlərini talamağa çalışırlar.
Ümumiyyətlə, dünyada baş verənlər türklər üçün yaxşı heç nə vəd etmir. Bölgədə situasiya gərginləşir, Qərb öz dəyərlərini, ağalığını, hegemonluğunu bütün xalqlara olduğu kimi türklərə də qəbul etdirmək istəyir. Türk xalqları nə toplum, nə də dövlətlər ittifaqı kimi birləşmədiyindən müqavimət imkansızdır. Açıq qarşıdurmada isə bizi sadəcə olaraq məhv edərlər.
- Siz necə düşünürsünüz, Amerikanın İran layihəsində Azərbaycan türklərinə yer verilibmi?
- ABŞ-ın layihələrində Güney Azərbaycan məsələsi yer tapmasa yaxşıdır. Amerikanların ötən əsrin ortalarında güney azərbaycanlıları fars rejiminə necə satdığı məlumdur. ABŞ-a maşa lazımdır ki, odu onun vasitəsilə götürüb sonra bir kənara tullasın. Biz erməni deyilik ki, kiməsə maşa olaq.
İranda maşa rolunu oynayacaq başqa bir millət var və onlar artıq çoxdan seçiliblər. Lakin onlar İranın parçalanması prosesində o qədər qurban verəcəklər ki, istəklərinə çatmağa heyləri qalmayacaq. Vaşinqton bütün ölkələrdə bu taktikadan yararlanır. Mən millətimizin öz ölkəsinə yiyə çıxması prosesini kiminsə mənafeyi uğrunda on minlərlə qurban verməklə yox, ağıl işlədib qansız yolla həyata keçirməsini arzulayardım.
Qədimdən türklərin ana vətəni olan İranda çoxluğu- əhalinin 60 faizini azərbaycanlılar təşkil edir. Gec ya tez bu çoxluq öz ölkəsinə yiyə çıxacaq və fars molla rejimini tarixin arxivinə göndərəcək. Sadəcə bir az ehtiyatlı hərəkət edib, geosiyasi prosesləri düzgün analiz edib vaxtında və doğru addımlar atılmalı, son məqsədə nail olmaq üçün qolumuzdan öncə ağlımızı işlətməyi bacarmalıyıq.
- Ola bilərmi ki, gələcəkdə İranın demokratikləşdirilməsi prosesi baş tutsa, Azərbaycan türkləri bu paydan bəhrələnə bilsinlər?
- Əgər İranda teokratik dövlət quruluşundan imtina edilsə, demokratiyanın tələblərinə uyğun siyasi və ictimai sistem yaransa, təbii ki, nə inqilaba, nə də müharibəyə ehtiyac qalar. Sadə məntiqlə demokratik seçki zamanı çoxluq hakimiyyətə gələr və ölkənin idarə edilməsində, milli mədəniyyətimizin inkişafında, dilimizin, dəyərlərimizin qorunmasında böyük imkanlar yaranar. Beləliklə, tarixi ədalət bərpa olunar, Azərbaycan türkləri yenidən öz ölkələrinin sahibi olar, İran dövlətinin adı kimi özü də yenə də türklərin olar. Lakin bununla yanaşı deməliyəm ki, bu, ən az ehtimal olunan variantdır.
Doğrusu regionda elə mürəkkəb geosiyasiyi vəziyyət yaranıb ki, hadisələrin gedişini proqnozlaşdırmaq mümkün deyil. Buna baxmayaraq, bir şeyi dəqiq deyə bilərəm, ya zor gücünə, ya xoşluqla qan üzərində qurulmuş bu xəstə imperiya dağılacaq və hər xalq öz layiq olduğu mövqeni tutacaq. Güman edirəm ki, bu proses bir neçə il içində reallaşa bilər. Biz bu tarixi şansdan yararmağa məhkumuq.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |