Şrift:
Azərbaycan və Türkiyənin ədliyyə nazirləri görüşüb
01.11.2011 [19:58] - Gündəm
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Ergin ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə çıxış edən Fikrət Məmmədov hər iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın uğurla davam etdiyini deyib. Nazir həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat verib, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini vurğulayıb. F.Məmmədov Türkiyə ərazisində baş verən zəlzələ ilə bağlı S.Erginə başsağlığı verib.

S.Ergin isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə təbriklərini çatdırıb, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı ölkəsinin sevincini bölüşüb. S. Ergin ədliyyə orqanları arasında əməkdaşlığın səmərəli həyata keçirildiyini qeyd edib. Türkiyəli nazir ölkəsində baş vermiş dəhşətli təbii fəlakət zamanı qardaş Azərbaycanın göstərdiyi fəal dəstəyə görə minnətdarlığını bildirib.

Səfər çərçivəsində Türkiyə ədliyyə nazirinin bir sıra rəsmi görüşləri, habelə ədliyyə sahəsində aparılan islahatlarla yaxından tanış olmaq üçün məhkəmələrə və penitensiar müəssisələrə baş çəkməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed