Şrift:
Azərbaycanlıların İmzatoplama Kampaniyası İran rejimini vahiməyə salıb
05.02.2013 [11:15] - Güney Azərbaycan xəbərləri
Ağ Evin veb-saytının “Biz xalqıq” səhifəsində prezident Obamanı İranda azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət barəsində başladılan İmzatopla Kampaniyası İran rejimini vahiməyə salıb.


Azərbaycanlıları İmzatoplama Kampaniyasına qoşulmaqdan vaz keçdirməyə çalışan fars şovinizmi müxtəlif vasitələrə əl atır. Dünən Təbrizin səhənd Telekanalı “Qövmlər və inqilaba zidd olanlar” adlı bir proqram yayıb. Proqramda məlum olduğu kimi İranın rəsmi mövqeyi anladılıb və milli mübarizənin absurd (puç) olduğununa dair dəlillər gətirilib. Diqqətə layiq məqam ondan ibarətdir ki, bu günə qədər Azərbaycan Milli Hərəkatı və Güney Azərbaycan Televiziyasını (GünAz TV) zəif və təsirsiz olduğunu deyən rejim, hər ikisindən də ad aparıb.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed