Şrift:
Mahmud Fəzli yenidən ETTELAAT idarəsinə intiqal edilib
05.02.2013 [11:20] - Güney Azərbaycan xəbərləri
Tanınmış azərbaycanlı fəal Mahmud Fəzli yenidən Təbrizin mərkəzi zindanından ETTELAAT idarəsinə inqtial edilib.


Fəzli tutuqlandıqdan sonra 24 gün ETTELAAT idarəsində saxlanılıb və sonra 2013-cü il yanvarın 24-də Təbrizin mərkəzi zindanına intiqal edilmişdir. O, iki gün öncə yenidən ETTELAAT idarəsinə köçürülüb.


Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2011-ci il avqustun 24-də daha 28 nəfər milli-mədəni fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində iftar mərasımı zamanı tutuqlanıb, təxminən 2 ay ETTELAAT idarəsi və mərkəzi zindanda saxlanılıb və sonra mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.


O, bundan öncədə mədəni fəaliyyətlərinə görə, müxtəlif təzyiqlərə məruz qalıb və tutuqlanıb.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed