05.02.2013 [11:27] - İslam dini
Bir neçə gündən sonra yenə gül dükanları qarşısında növbələr yaranacaq. Çoxları heç mahiyyətinə belə, varmadıqları “Müqəddəs Valentin” günü münasibəti ilə sevgililərini sevindirməyə tələsəcək. Bu Valentin nə dərəcədə müqəddəsdir, yəqin özünüz də bilirsiniz. Elə həyat da göstərir ki, hər “Müqəddəs” deyilən müqəddəs deyil...
Din xadimi anlayışı və savad meyarı
"Din xadimi deyəndə dini savadı olan şəxs başa düşülür. Necə ola bilər ki, belə bir insanın dini biliyi aşağı olsun? Bu sözün özündə bir yanlışlıq və məntiqsizlik var”. Bunu QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bu yaxınarda yerli KİV-in birinə “Qafqaz Müsəlmanları İdarəsi "od püskürdü" başlığı ilə dərc olunmuş məqaləsindəki açıqlamasında deyib. Bu məntiq axtarışına çıxmaq həvəsinə isə o, DQİDK-nin sədri Elşad İskəndərovun "Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil” bəyanatından sonra düşüb. Bu ifadəni Komitə sədri nə əsasla işlədib, arxasında kimə hansı mesajlar verir - bir özü bilir, bir də Allahı. Amma eyni ifadənin altından, yəqin ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti qol çəkərdi. Hər kəsin də öz əsası, öz məntiqi. Məntiqdən söz düşmüşkən, biz də öz məntiq zəncirimizi quraq.
Müqəddəs Payızovun məntiqi ilə, diplom öz sahibinə artıq tənqiddən imunitet – yəni müqəddəslik statusu verir. Onların savadını şübhə altına alan isə artıq kəbirə günah sahibidir. Özü də hələ məlum deyil, bu günahı Tanrı bağışlayar, ya yox. Çünki bu müqəddəslərə.., əstagfrullah, bu mütəxəssislərə şəkk gətirmək ağılasığmaz bir şeydir. Özünüz düşünün: “Onların mütləq əksəriyyəti Bakı İslam Universitetinin məzunlarıdır” – deyə Müqəddəs Payızov sanki qumbaraatndan “sarsıdıcı” arqumentini “püskürür”. Heyf ki, yazıda “smaylik” yerləşdirmək olmur. Bu “müqəddəs” məntiqdən sonra yəqin ki, hələ misli görünməyən istehza, rişxənd, kinayə ifadə edən bir sifət peyda olardı. Kimsə bəlkə də bilmir, onlara xəbər verək. Bilənlər də təkrarən eşitsinlər, bəlkə müqəddəslik dərəcəsinə doğru bir addım da atdılar. Deməli belə: Bakı İslam Universitetinə qəbul olmaq üçün abituriyentə qəbul imtahanında 100 bal toplamaq kifayətdir. 100 bal! Dədə-baba qiymətləndirmə sisteminə çevirsək, “1” alan şəxs adıçəkilən təhsil ocağının tələbəsinə çevrilir. Müqayisə üçün deyək: Bədən Tərbiyəsi Universitetinin tələbəsi adına layiq görülmək üçün, abituriyent 150 bal toplamalıdır. Hərçənd, bu təhsil ocağı məzunlarının müqəddəs statusuna malik olmasına dair heç bir iddia irəli sürmür.
İndi kimin dili dönüb bu tələbədən törəyən “din xadiminə” savadsız deyər? Nə əsasla? Onun ki, elm qarşısında bu boyda xidməti olub! Yəqin Müqəddəs Payızov da elə bu müqəddəsliyi əsas tutaraq qeyzə gəlib. Bu qədər də yox da! Yenə Oksford, Kembric, Əl-Əzhar - falanın bostanına daş atsaydınız, müqəddəsliyin ləkələnməsinə bir təhər dözmək olardı. Amma Bakı İslam Universiteti! Heç vaxt!
Maraqlısı burdadır ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri, yani Müqəddəs Payızovun birbaşa rəisi - Hacı Allahşükür Paşazadə nə rəhbərlik elədiyi yüzlərlə “din xadimini” savad baxımından məsum görür, nə də onları tənqid etməkdən çəkinir. Hörmətli Şeyximiz özü dəfələrlə müxtəlif tədbirlərdə birbaşa və ya dolayısı ilə Azərbaycanın din xadimlərini maariflənməyə xüsusi diqqət yetirməyə çağırıb. İndi Müqəddəs Payızovun qalxıb İdarə rəhbərinin dediklərinin ziddinə mövqe nümayiş etdirməsinə nə don geyindirmək olar? Demək çətindir, amma çox güman ki, vaxtilə Səudiyyə Ərəbistanı səfirliyinin sabiq əməkdaşı olmuş Müqəddəs Payızov indi də təzə rəhbərliyinə sədaqətini hər fürsətdə nümayiş etdirir. Bu dəfə “batkadan qabağa keçməklə” korporativ mundirin “çestini” qoruyur.
İndi isə daha bir “müqəddəs məntiqə” aydınlıq gətirək. Bütün diplom sahibləri “müqəddəsdilərmi”? Onların sırasında 1-2 idbarı ola bilərmi ki, “müqəddəslərin” sırasına özünü pərçimləsin? Yoxsa Bakı İslam Universitetini bitirənlərin diplomunda “müqəddəs” ixtisası qeyd olunub? Mümkündürmü ki, bu təhsil ocağının diplomunu daşıyan savadsız olsun? Cavablandırmağa tələsməyin: bu ki, müqəddəslik prinsiplərinə ziddir! Sadəcə olaraq xatırlayın: həyatınızda baytara bənzətdiyiniz həkimə heç olmasa 1 dəfə rast gəlmisiniz? Həyatınızda bir dəfə səhmləri daha yüksək qiymətə satmağa cəhd edən birja brokerini xatırladan müəllimlə necə, qarşılaşmısınız? Həyatınızda bir, vur-tut bircə dəfə hüquqlarınızı matador tərəfindən qanına qəltan edilən öküz kimi tapdayan hüquq-mühafizə orqanının əməkdaşı ilə üz-üzə gəlmisiniz? Yox-yox, zəhmət çəkməyin, qətiyyən! Bu suallar ritorik idi. Siz bilirsiniz ki, biz bilirik. Elə biz də siz bildiyinizi bilirik. Amma təəssüf ki, bu bilmələrimiz onu göstərir ki, biz müqəddəs deyilik. Biz Müqəddəs kimi düşünmürük. Çünki Müqəddəs öz “müqəddəs məntiqi” ilə belə qənaətə gəlib ki, “raz Bakı İslam Universitetini bitirib, znaçit müqəddəsdir”. Vəssalam. Ha indi de, ha danış, ha and iç, ha yalvar ki, “ay balam, az, lap az, laap cıqqılı, nə olar, bir az savadını artır”. Faydası yoxdur. Olmayacaq da. Müqəddəsdən o tərəfə müqəddəslik var? Əlbəttə yoxdur. Vəssalam. Bu da “müqəddəs məntiqin” “müqəddəs isbatı”.
Sonda isə həm bütün özünü müqəddəs sayanları, həm də bu iddiada olmayanları bir danılmaz həqiqət üzərində düşünməyə dəvət edirik. Hazırda “Əbu-Bəkr” məscidi bağlıdır. Məlum hadisələrdən sonra onun fəaliyyəti dayandırılıb. Amma fəaliyyətdə olduğu zaman cümə günləri bu məscidə, müşahidələrə görə, 8 mindən artıq müsəlman toplaşırdı və bunu vaxtilə Səudiyyə Ərəbistanı səfirliyinin peşəkar əməkdaşı M.Payızov da yaxşı bilməlidir. Yaxud Bakıda, İran Mədəniyyət Mərkəzinə bağlı “Hüseyniyyə” və ya Türkiyə Diyanət Vəqfinin inşa etdiyi “İlayihhət” məsçidi. Bu gün də cümə günləri bu ibadət ocağlarında neçə minlik böyük izdiham toplaşır. Yaxud paytaxtın digər, ən çox camaatı olan məsçidləri. Heç birinin imam-camaatı (QMİ terminologıyası ilə desək, axundu ya imamı) Müqəddəsin etalon tutduğu BİU məzunları deyil. Bəs həmən universitetdə təhsil alanların rəhbəri olduğu məscidlərdə vəziyyət necədir? Bəlkə cümə günləri onlara da iqtida edib namaz qılmaq istəyənlər “qeyri-formal” məsçidlərdəki kimi özləri ilə karton parçaları gətirib qapının kandarında ibadət edirlər? Gedib baxın. Həmin məscidlərdə adam sayı yüzü, iki yüzü keçəndə axund sevinir. Budurmu QMİ axundlarının yüksək savadının nəticəsi? Əlbəttə ki, bunu bütün axundlara, imamlara, din xadimlərinə şamil etmək olmaz. İnsafən, BİU məzunları sırasında öz üzərində çalışaraq savadını artırmış və bu gün dini camiə tərəfindən nüfuz qazanmış ilahiyyatçılar da az deyil. Ancaq reallığa göz yummaq da mümkünsüzdür.
Düşünün, cənablar. Müqəddəs olsanız da, olmasanız da. Azərbaycanda din sahəsində öncül olsanız da, olmasanız da. Düşünün. Bəlkə o zaman müqəddəslik iddiasından əl çəkib gözlərinizdəki çəhrayı eynəyi çıxarasınız və sürətlə müasirləşən ölkəmizdə layiq olduğumuz din xadimlərinin yetişməsinə dəstək verib, bunu ən azı məntiqlə dəstəkləyərsiniz.
Mail Ağaxanov

Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |