10.10.2023 [12:23] - Gündəm, Sosial
Azərbaycanda əhali bərpa edilən enerji ilə bağlı günəş panelləri qoyaraq öz enerji tələbatını ödəyə bilər.
Bunu Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov deyib.
O qeyd edib ki, bərpa edilən enerjidən istifadə edən şəxslər öz tələbatlarını ödədikdən sonra elektrik enerjisinin artıq qalan hissəsini dövlətə sata bilər.
“Artıq qalan enerjinin qiyməti həmin dövrə müəyyən edilən tarifə uyğun müəyyənləşir, yəni elektrik enerjisinin istehsalının maya dəyərinə. Azərbaycan qanunvericiliyi əhalinin bu imkandan istifadə etməsinə şərait yaradır. Biz yerli və beynəlxalq investorlar üçün buna imkan yaratmışıq. Azərbaycanda təqribən ilin 300 günü günəşli olur. Bu baxımdan günəş panellərinin quraşdırılması daha çox iri istehsalçılar üçün əlverişlidir”, - deyə S.Qurbanov əlavə edib.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında “Energetika haqqında” yeni qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Azərbaycanda günəş panelinin bir ədədinin qiyməti ölçüsünə, enerji istehsal gücünə görə 15-350 manat arasında dəyişir. Müxtəlif özəl şirkətlər günəş panellərinin satışını həyata keçirir.

Bu xəbər oxucular tərəfindən 2724 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |