11.10.2023 [10:35] - Xəbərlər, Gündəm, Siyasət
Ermənistanın qeyri-adekvat addımları və təxribatları beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası çərçivəsində cavab tədbirlərinin görülməsini qaçılmaz etdi.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Nazir bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatları başladı.
"44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874 və 884), BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi.
Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də o idi ki, Azərbaycan tərəfi hətta əməliyyatlar davam edən zaman belə münaqişənin qan tökmədən, itki vermədən həllinin tərəfdarı olduğunu bəyan edirdi. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə ilk gündən etibarən səsləndirdiyi çıxışlarında əməliyyatların dayandırılmasının mümkünlüyünü, lakin bunun üçün Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruri olduğunu bəyan edirdi. Bunun qarşılığında Ermənistan tərəfi nəinki bu çağırışlara cavab vermir, əksinə, əməliyyatlar zamanı humanitar atəşkəsə dair əldə olunmuş razılıqları hər dəfəsində kobud şəkildə pozurdu", - deyə C.Bayramov bildirib.

Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |