Şrift:
"Əylislini müdafiə edənlər onun qədər cinayətkar sayılmalıdır."
05.02.2013 [12:44] - Xəbərlər, Sosial
Turqut Ərdən yeni açıqlama: “Ermənidən üzr istəyən türk tarix qarşısında cavab verəcək”

Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli ”Daş yuxular" romanını yazmaqla türk və müsəlman dünyasına qarşı bir suç işlədib. Bildiyimə görə, o, bu tarixi cinayəti 1989-cu ildən tətbiq etməyə başlayıb. O gündən bu günə qədər bu provakator insan əl üstündə tutulub. Türk və müsəlman dünyasını hədəf halına gətirən bu insan işlətdiyi cinayətlərə ziyalılıq donu geyindirməyə çalışıb, buna görə Azərbaycana son illər rəhbərlik edilən rejimin himayəsini qazanıb.

Əkrəm Əylislinin bu cinayəti təsadüfi deyil. Bu, düşünülərək, planlanaraq həyata keçirilmiş əməldir. Fikrimcə, bu cinayəti Azərbaycan rəhbərliyi şimal şərikləri ilə bərabər həyata keçirib. Baş verənlərin kökündə Azərbaycanın ərazi bütövlüyünü təhdid altına almaq, türk dünyasından, özəlliklə Türkiyədən ayrı salmaq istəyi, müsəlman dünyası ilə münasibətlərini gərginləşdirmək cəhdi dayanır. Maraqlıdır ki, bu cinayət Azərbaycandakı xalq kütlələrinin, antidemokratik hakimiyyətə qarşı etirazlarının kütləviləşdiyi bir dönəmdə baş verib. İnanıram ki, millətçi, vətənsevər, demokratik qüvvələr bu provokasiyaya uymayaraq onu bu totalitar hakimiyyətin əleyhinə bir prosesə çevirə biləcəklər. Onu müdafiə edənlər isə ən azı onun qədər cinayətkar sayılmalıdır. Türk müsəlman dünyası adına dünyanın harasına bir türk ermənidən üzr istəyəcəksə, o, tarix qarşısında cavab verməli olacaq. Milyonlarla müsəlman türk onları rusların himayəsində qətl edənləri, eləcə də ermənilərə haqq qazandırmağa çalışanları tarix boyu əfv etməz. Şəhidlərimiz də əfv etməz, yüz minlərlə şəhid övladları, yurd-yuvalarından şəhid düşərək, illərlə çadırlarda, palçıq daxmalarda yarıac-yarıtox yaşamağa məhkum edilən 1 milyon köçkün də əfv etməz.

Azərbaycan hakimiyyəti və onun şəriklərinin türk-müsəlman dünyasının müqəddəs milli davalarını planlı pozmağa çalışması onların hakimiyyətinin ömrünü uzatmayacaq. Ona görə də bu cür cinayətkar olaylar pislənməli, millətçi, demokratik güclər bu tələyə düşməməlidir. Bu provokasiyanın qaynağı dərhal tapılmalıdır. Çünki cinayətin miqyasının çox böyük olduğu bəllidir".

A.MURADXANLI
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed