16.10.2023 [18:23] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Rusiya imperiyası Azərbaycanın işğalını rəsmiləşdirən “Türkmənçay müqaviləsindən”sonra mərhələli şəkildə azərbaycanlıların torpaqlarını alıb ermənilərə verdi, Qarabağ bölgəsinə ermənilərin köçürülməsi ilə yerli azərbaycanlılara qarşı məcburi köçürmə və soyqırım siyasətinin əsasını qoydu.
Bunu “Bakı-Xəbər”ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədri bildirib ki, Sovet hakimiyyəti qurulandan sonra da bu siyasətin məntiqi nəticəsi olaraq “Qarabağ Muxtar Vilayəti” yaradıldı, bir çox ərazilərimiz ermənilərə verildi.
“2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəmizə qədər Azərbaycanın torpaqlarının ermənilər tərəfindən ələ keçirilməsi prosesi davam edib. 200 ilə yaxın müddətdə məğlubiyyətlər seriyası bizi müşayət edib. Bu dövr ərzində xalqımızın qayəsi ən müxtəlif formalarda ərazilərimizi işğaldan azad etmək, ərazi bütövlüyümüzə nail olmaq idi. 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri bu Milli Arzunu gerçəyə çevirdi.
15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltması ilə Azərbaycan 200 illik məğlubiyyətlər seriyasını bitirərək bir dönəmi ləyaqətlə qapatdı. Uzun, üzücü tarixi proses tam və qəti qələbə ilə yekunlaşdı.
Azərbaycanın son 200 ildə qazandığı ən möhtəşəm qələbəsinə görə minnətdar olduğumuz Azərbaycan xalqı əsrin ən inadkar və azadlıqsevər xalqı, qazilərimiz, əsgər və zabitlərimiz əsrin ən fədakar, qəhrəman əsgəri, şəhadəti ilə vətənləşmiş, əbədi yaşarlıq qazanmış şəhidlərimiz and yerimiz, Ali Baş Komandan İlham Əliyev Türk dünyasının qürur duyduğu, tarixə qızıl hərflərlə həkk olunan, Azərbaycan xalqının ürəyində abidəsi ucalan sərkərdə, dövlət başçısı kimi tarixdə qalacaqdır.
Xalqımla, ordumla, şəhidlərimiz və qazilərimizlə, Ali Baş Komandanımla fəxr edirəm. Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün soydaşlarımı bu böyük qələbə münasibətilə təbrik edirəm!” – deyə F.Quliyev bildirib.
ZÜMRÜD/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |