18.10.2023 [10:12] - Türk dünyası-Turan
Türkiyə və Yunanıstan dövlət rəsmiləri arasında oktyabrın 16 və 17-də Afinada keçirilən görüşlərlə bağlı birgə açıqlama verilib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda iki ölkə arasında Ortaq Fəaliyyət Planına dair keçirilən beşinci toplantının uğurla baş tutduğu bildirilib. Qeyd edilib ki, hər iki tərəf dekabrın 7-də Salonikidə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V iclası üçün müsbət gündəliyin ticarət-iqtisadi, turizm, nəqliyyat, enerji, elm və texnologiya, kənd təsərrüfatı, ətraf mühit, sosial təminat və sağlamlıq, gənclik, təhsil, idman kimi sahələri üzrə konkret nəticələr əldə etmək istiqamətində ortaq hədəflərini bir daha təsdiqləyiblər.
Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar və Alexandra Papadopulou arasında siyasi məsələlər müzakirə olunub.
Görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həm ikitərəfli, həm də beynəlxalq səviyyədə razılaşma və əməkdaşlıq sahələrini mövcud müsbət atmosfer üzərində inşa etmək barədə razılığa gəliblər.
Bildirilib ki, nümayəndə heyətləri dekabrın 7-də keçiriləcək iclasa hazırlıqla yanaşı, güvənin artırılması istiqamətində görüləcək tədbirlər və bir sıra digər məsələlər barədə danışıb, ümumi anlaşmaya nail olmaq məqsədilə dialoq kanallarının bu kontekstdə davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |