18.10.2023 [13:39] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Müstəqillik ən dəyərli milli sərvətdir”.
Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev Cebhe.info-ya Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı danışarkən deyib.
O, 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməsindən söz açıb:
“Həmin qanun Müstəqillik Günü kimi qəbul olunmuşdu. İndi isə Müstəqilliyin Bərpası Günü kimi qəbul olunub. Bu, doğru addımdır. Çünki biz 1918-1920-ci illərdə mövcud olmuş respublikamız işğal olunandan sonra müstəqilliyimizi bərpa etdik. Bu, onu göstərir ki, Azərbaycan xalqı ruhən azaqlıqsevən xalqdır və onu kölə etmək mümkün deyil. Təkcə keçən əsrdə bir neçə dəfə Güney Azərbaycanda və Quzey Azərbaycanda inqilablar, üsyanlar olub. Pişəvəri hakimiyyəti, Səttar xan qələbəsi, Xiyabaninin etirazları kimi nümunələri göstərmək olar. Biz də bu dalğanı 1991-ci ildə yaşadıq. Təbii ki, bu, uzun bir yolun sonu idi, bir günə hasil olan məsələ deyildi.
Azərbaycan xalqı öz müstəqilliyini savaşaraq, biləyinin gücü ilə qazanıb. Bizə müstəqilliyi heç kim verməyib. Ona qədər 20 Yanvar qırğınından keçmişik. Ondan əvvəl isə 1930-cu illərin represiyalarından keçmişik. 1991-ci ildə mən özüm də istiqlalçı deputat kimi tarixə düşdüm. Çünki o zaman əsas məsələ kölə ruhundan qurtulmaq idi. Əslində bir insan azad olmasa, köləliyi qəbul edər. O dönəmdə SSRİ-nin saxlanılması haqqında referendum keçirilirdi. Bu referendumun keçirilməməsinə 43 nəfər deputat etiraz etdi, 360 nəfərin qalanı isə etiraz etmirdilər. Bu, onu göstərir ki, parlamentdə 43 nəfər ruhən azad idi və öz millətinin kölə olmağını istəmirdi.
O andan etibarən artıq içəridə rəsmi şəkildə dirənişlər başladı. 30 avqustda Müstəllik Bəyannaməsi qəbul olundu, 18 oktyabrda isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Biz o Konstitusiya Aktında göstərmişdik ki, Azərbaycanın suverenliyi şəksiz bütün ərazisinə şamil olunur. 30 il müddətində bu müddəa həyata keçmədi”.
Fərəc Quliyev bu günün ilk dəfə ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş Azərbaycanda qeyd olunmasına görə xalqı, ordunu və Ali Baş Komandanı təbrik edib:
“Mən çox sevinirəm ki, artıq bu gün biz tam və qəti qələbə çalmışıq. Azərbaycanın bütün ərazisində artıq suverenliyimiz təsbit olunub. Bu qələbə münasibətilə də xalqımızı təbrik edirəm. Bu qələbənin əldə olunmasında bütün xalqımızın fədakarlıq göstərdiyini qeyd etmək istəyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ordumuza, xalqımıza və Ali Baş Komandan İlham Əliyevə xüsusi təşəkkür edirəm.
Bu işləri təşkil edən, məsələlərin üzərində duran, bütün riskləri və çətinlikləri gözə alaraq savaşçı kimi davranan Ali Baş Komandana xüsusi təbrik düşür. Bütün resurslar olsa da, ali hərbi-siyasi rəhbərlik qərar verməsə, təbii ki, bunlar həyata keçməzdi. Artıq bütün ərazisində suverenliyini təmin etmiş Azərbaycanı qurduğumuzdan çox məmnunam. Bir daha Ali Baş Komandan başda olmaqla, ordumuza, xalqımıza və dünyanın hər yerində yaşayan soydaşlarımıza təbriklərimi çatdırıram”.
Elmir Mustafa /Cebhe.info

Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |