18.10.2023 [17:08] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Azərbaycanda Müstəqilliyinin Bərpası Günüdür. 32 il bundan əvvəl Azərbaycan öz müstəqilliyini yenidən əldə edib. Ancaq bu dəfə 18 Oktyabr daha fərqli ab-havada qeyd olunur. Belə ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Xankəndinin, Xocalının, Əsgəranın və Ağdərinin azad olunması ilə suverenliyimiz tam bərpa olunub.
1991-ci ilin 7 mart tarixində Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı səsvermə keçirilmişdi. Həmin zaman 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.
Modern.az bu gün münasibətilə "İstiqlalçı deputat"ların təəssüratlarını öyrənib:
Digər istiqlalçı deputat Fərəc Quliyev müstəqilliyin rahat qazanılmadığını vurğulayıb:
“Müstəqillik bir millətin əvəzolunmaz, vazkeçilməz sərvətidir. Ondan böyük sərvət olmayıb. Amma biz bu yola rahatlıqla gəlməmişik. Allah bütün şəhidlərimizə rəhmət etsin. 1920-də müstəqilliyimizi itirmişik. Savaş dayanmayıb. Qaçaqçılıq hərəkatı olub. İkinci Dünya Müharibəsi zamanı legionerlərimiz döyüşüb. Məmməd Əmin Rəsulzadə mühacirət mübarizəsi aparıb. Son akkordları vurmaq bizə qismət oldu. Mən parlamentdəydim. 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılmasına görə referandum keçirilib,qanun qəbul olunmalıydı. O vaxt biz buna etiraz etdik. 360 deputatdan cəmi 43 nəfər buna etiraz etdi. Ruhən azad olan insanlar köləliyi qəbul etməzdilər. Uzun bir yol qət edildi. Nəhayət, müstəqilliyi qazandıq”.
İstiqlalçı deputat bu il müstəqillik bayramının əvvəlkilərdən daha çox sevindirici olduğunu bildirib:
“Müstəqillik aktında” “Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazilərinə şamil olunur” müddəası vardı. Çox təəssüf ki, 30 il ərzində bunu reallaşdıra bilməmişdik. Çox şükürlər olsun ki, bu il bütün ərazilərimizdə suverenliyimizi qeyd-şərtsiz təsdiq etmişik. Ona görə də bu bayram bizi əvvəlkilərdən daha çox sevindirir. Çünki indi biz bütün torpaqlarımızda suverenliyimizi təsdiq edə bilmişik. Azərbaycan artıq Qarabağ məsələsini həll edib. Mən bütün xalqımızı təbrik edirəm. Onlara, Ordumuza, şəhid və qazilərimizə minnətdaram! Bu məsələləri, prosesləri idarə edən Ali Baş Komandandır. Onun iradəsi olmadan bütün bu işlər aparıla bilməz. Ali Baş Komandan bir fateh kimi tarixə düşdü. Ali Baş Komandan başda olmaqla Ordumuzu xüsusilə təbrik edirəm”.

Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |