06.02.2013 [10:11] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Azərbaycan dili Türk dilləri sırasında ən qədim tarixə malik, zəngin morfoloji xüsusiyətilə nəzəri cəlb edən ünsiyyət vasitəsidir. Bu fikiri təsdiq edən çoxsaylı amillər və dəlillər mövcuddur. Azərbaycan ərazilərində: indiki güney və qüzey Azərbaycan bölgələrində aparılan paleoqrafik tədqiqatlar nəticəsində əldə edilən yazı nümunələri və dilşünaslıq nəzəriyyələri bir daha göstərir ki, şumer, kəngər, urartu, babil, assuriya və s. antiq mədəniyyətləri Azərbaycan mədəniyyətinin və danışıq dilinin formalaşmasında nüvə rolunu oynayır. İstər elmi, istər dini, istərsə də bədii təfəkkürün anlayışlar sistemini bütövlükdə Azərbaycan dili əhatə etmək qabiliyyətindədir və əhatə etmişdir.
Azərbaycan dilinin kasıb dil olması iddiasını irəli sürən manqurt və düşmən ünsürlər bilərəkdən, ya bilməyərəkdən çox böyük səhvə yol verirlər.
Beynəlxalq tribunalarda dərin məzmunlu və məntiqi çıxışları ilə indiki durumda fəaliyyətilə Dünya azərbaycanlılarının Milli Lideri qəbul olunan Millət vəkili Fərəc bəyin düşünmək və yüksək fikir söyləmək imkanını yaradan Azərbaycan dilidir. Eləcə də, yenə beynəlxalq tribunalarda Millət vəkili Qənirə xanımın, Millət vəkili Əli bəyin və digərlərinin məntiqi çıxışları ilə obyektiv siyasi münasibət bildirmək məharətini yaradan da məz Azərbaycan dilində düşünmək üstünlüyüdür.
Dil və təfəkkürün əlaqəsi baxımından Azərbaycan dilində düşünmək, yaratmaq (əlbəttə yaranışın, mövcud olanın dərk edilməsi) üstünlüyü təcrübəsi bütün dünyaya məlumdur. Buna misal olaraq dəqiq elmlər sahəsində Nəsrəddin Tusinin, Yusif Məmmədəliyevin, Lütfüzadənin və digər Azərbaycan alimlərinin elm sahəsinə verdikləri əvəzsiz töhfələri, bədii təfəkkür sahəsində Qətran Təbrizinin, Ə. Xəqaninin N. Gəncəvinin, M. Füzulinin, İ. Nəsiminin, H. Cavidin Və b. söz karifeylərinin yaradıcılığını göstərmək kifayətdir.
Dilşünaslıq elmi dilçilik sahəsində ünsiyyət vasitəsi olan danışıq dillərini təsnifləşdirərkən, qruplaşdırarkən belə nəticəyə gəlmişlər ki, dillər analtik, İltisaqi, felektiv, inkorporlaşma xüsusiyyətlərilə fərqlənir. Azərbaycan dilinə nəzər yetirdikdə, sözönü şəkilçili sözlər, morfem birləşməli sözlər, iç, orta, son şəkilçili və s. sözlər istənilən qədərdir. Azərbaycan dilini təkcə iltisaqi dillər qrupuna aid etmək o qədər də tam əhatəli deyildir, lakin nisbi qəbul etmək olar.
Sözlərin yaranma araşdırmasında görürük ki, insan biocihazları ilə: ağız boşluğu və dil, boğaz boşluğu və səs telləri birinci təqlidi sözləri meydana gətirmişdir. Bütün dillərdə təbiətdən və əşyaların hərəkətindən əmələ gələn səslərin sözə çevrilməsində olan xüsusiyyətlər, səslənmələr əksərən oxşardır. Məsələn, biz deyirik: “motor taqqildayır”, ruslar deyir: “ motor traktit” və s. Belə əsasən oxşar sözlərdən bütün dillərdən nümunə göstərmək olar. Təqlidi sözlərin çoxu təbiətdən gələn səslərin dildə sait və samit dəyişkənliyilə təkrarlanmasıdır.
Ümumiyyətlə, dünya danışıq dilləri spiralvari formadadır və hər dolaq bir xalq dilini təşkil edir. Bəşəriyyət iqtisadi münasibətlər sistemində olduğu kimi söz mübadiləsi, eyni zamanda fikir mübadiləsindən də kənar deyil. Elm sahələrinin inkişafı, istehsal məhsullarının ticarətlə yayılması nəticəsində məhsul harada istehsal olunub adlandırılmışsa, başqa dillərdə də az dəyişərək o cür adlanmışdır. Heş zaman demək olmaz ki, hər hansı bir xalq, millət ayrıca, təcrid şəkildə dil yaratmışdır.
Türkdilli xalqlar yazı vasitələrini inkişaf etdirməmiş və söz sərvətlərini şifahi formada nəsldən-nəslə ötürmüşdür. Sonralardan isə qəbul olunan əlifbalar bir neşə dəfə dəyişməklə çox sözlər başqa dildən keçənlər kimi qəbul edilmişdir. Türk soylu Şümer təfəkkürünün təcəssümü olan mixi yazıları, piktoqrafik- şəkili yazı indinin özündə də yol nişanlarında, ticarət obyektlərində, simvolikada və s. sahələrdə istifadə edilməkdədir: piyada keçidində zolaqlı xətt üstündən keçən insan şəkili, yanacaqdoldurma məntəqəsinə yaxın yol kənarındakı yanacaq-dolduran şəkili və s. piktoqram yazıdan başqa heç bir yazı növü belə aydın anlayış yarada bilməz.
Türkdilli xalqların tarixən arxaikləşmiş sözləri müəyyən samit, sait dəyişkənliyi ilə özünə qayıtması ona xarici söz kimi baxılması halları da çoxdur. Məsələn, türk sözü “boran” və fars dilində “baran-yağış” sözlərinə nəzər yetirək. Deyirik: “gülləbaran” –iki morfemin əmələ gətirdiyi sözdür. Belədir: “boran-buran” və qar dənələrinin küləyin təsiri ilə havada burula-burula yağmasını bildirir. Lüğət tərtibçiləri sözü “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə “gülləboran” əvəzinə “gülləbaran” kimi qəbul etmişlər. Bu kimi çoxsaylı misallar gətirmək olar...
Bütovlükdə bəşəriyyətin danışıq dilləri əsasən eyni səsləri ifadə edən hərflərdən ibarətdir, əlifbalar isə saitlər və samitlərdən ibarətdir; şəkilləri başqa formalardan asılı olmayaraq səslər eynidir. Bəzi danışıq dillərində hərflər uzun və
qısa səslənməklə fərqlənir, hərflərin düzülüşü də müxtəlif olmaqla şərti mənalar kəsb eləyən terminlər, sözlər təşkil edir.
Yuxarıda deyilənləri çox geniş şəkilə salmaq olar, lakin Azərbaycan dilinə “kasıb dil” deyənlər, əgər özlərini ziyalı hesab edirlərsə, deyilənləri geniş düşünüb dərk edə bilərlər ki, Azərbaycan dili zəngin dildir. Sözdüzəldici şəkilçilər dilin hər zaman üçün inkişafı ifadə etmək baxımından termin və ifadələr yaratmaq imkanı verir, bu imkanlar da məhz Azərbaycan dilində var.
Tərcümə sahəsində Azərbaycan dilinə tərcümə olunmuş bədii yaradıcılıq müəllifin yazdığı dildən daha üstün Azərbaycan dilində səslənməsi də dilimizin böyüklüyündən, gözəlliyindən bir daha söhbət açmağa əsas verir. A. Puşkinin “Qafqz” şeri Abbas Səhətin tərcüməsində necə əzəmətli səslənməsi, Ş. Rüstavelin “Pələng dərisi geymiş pəhləvan” poeması gürcü dilindən daha gözəl Azərbaycan dilində səslənməsini ədəbiyyatçılar çox gözəl bilirlər. Bu kimi yüzlərlə misallar gətirmək olar.
Dini təfəkkür də Azərbaycan dilində ifadə tərzinə görə bütün dillərdən üstündür; Allahın hikmət və ibrətlərini məntiqi şəkildə, inkaredilməz formada ifadə etmək qüdrətinə malikdir. Aşağıda “ Yüz əlli beyt” adlı xitabdan 18 beyt dediyimizə sübut üçün bəs edər:
1.Ey insan, torpaqdan yaratdım səni,
Ruh ilə bəzədim cansız bədəni.
2.Can verən də Mənəm, alan da Mənəm,
Yerlərə, göylərə xaqan da Mənəm.
3.Mənim ixtiyarım, hökmüm olmadan
Bir nöqtə yerini dəyişməz, inan.
4.Altı duyğu verdim anlamaq üçün,
Mənə səcdə elə, dua et hər gün.
5.Beş duyğu aiddir sənə müstəqil,
Altıncı beyninin içindədir, bil.
6.Görməklə, dadmaqla, hissiyyatla sən
Dünyəvi biliklər əldə edirsən.
7.Eşitmək, iy bilmək gedişat üçün,
Sənə yardım edir məlumat üçün.
8.Altıncı duyğu ki beyninizdə var,
O bağlı qıfıldır, Məndədir açar.
9.Kimə bir məsləhət, xəbər verirəm,
Həmin duyğu ilə sğz göndərirəm.
10.Sonsuzluq deyilən anlayış ki var,
Tükənir orada sizin duyğular.
11.Altı istiqamət, tərəf siz bilən-
Zamanla məkandır ömrə verilən.
12.Yuxarı, aşağı, ön, arxa divar,
Sağ ilə sol tərəf anlamınız var.
13.Qəbir otağı da altı tərəfli
Cəsədlər üçündür son mənzil, bəli.
14.Qəbir otağında kasıb, ya varlı-
Hamı bərabərdir, yox dövlət-malı.
15.Hər kəsin dövləti o dünya üçün
Səvab qazancıdır, anlasın düzgün.
16.Heç kim bilə bilməz ölüm vaxtını,
Qurmuşam hər kəsə əcəl taxtını.
17.Adımı çəkəndə tək məni anın,
İnsan hər kim isə, şərik qoşmayın.
18.Sizə xidmət edir bütün kainat,
Ulduzlar, Ay, Günəş, yerdəki büsat.
19........................................................
Heç bir dünya dillərində buna bənzər yüksək fikir və hikmətləri əks etdirən söz vəhdəti yaratmaq mümkün deyil, bu yüksəklik məhz Azərbaycan dilinə məxsusdur.
Bədii təfəkkür sahəsində (dünya dillərində olmayan) Aşıq Alının yaratdığı “Dodaqdəyməz” şeir növü də söz abidələri sırasında zirvədə durur, əsasən də cığalı təcnislər. Aşıq alıdan sonra Bu üslubda Aşıq Ələsgər də təcnis, qoşma və divani yaratmışdır. Cığalı təcnis deməyə cəhd edənlər olsa da, şeirin tələbləri pozulmuşdur. Hələlik dörd dodaqdəyməz cığalı təcnis Aşıq Alıdan, bir ədəd də Aşıq Ələsgərdən məlumdur. Bir ədıd də ( təvəzökarlıqdan uzaq olmasın) Allah tərəfindən mənə demək qismət olmuşdur:
Aşıq Alıdan:
Dəsti-canan səyalıdir əzəldən,
Yaranda yaranı nə yaxşı yara.
Aşıq, nə yaxşı yara,
Dedin nə yaxşı, yara.
Yarına nəzər eylə,
Dərdinə yaxşı yara.
Talesizin rast gələni hardadır,
Nə yaxşı canana, nə yaxşı yara.
Yar ehtacı ay nazənin, yaradı,
Can ehtacı canda dəhşət yaradı!
Aşıq, dərdə yaradı,
Yarın dərdə yaradı,
Xaliq anın içində
Neçə xilqət yaradı.
Sızlar çəkiləndə yara yar adı,
Yar dəyən sinədə nə yaxşı yara!
Yad nəzər eyləyaər yara daldadan,
Naqis xəncər atar yara daldadan.
Aşıq deyər daldadan,
Ayar yara dal dadan.
Dəhan- dəhana dayan,
Denən yara daldan.
İstəyirsən şərrat yarat daldadan,
Alı erkən yetdi, nə yaxşı yara!
Aşıq Ələsgərdən:
Əzizi cani-dil, eyni dirəxşən,
Risalə yazırsan nə yaxşı-yaxşı.
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı.
Canan cannan əzizdir,
Nə Leylidir, nə Yaxşı.
Dil deyər cananın sadağası can,
Canan deyər, ey can, nə yaxşı-yaxşı.
Yazıq canı yada saldın sən ginə,
Səd hazar dərdinə gətirdin kinə.
Qarşıda sənginə,
Ahən yanar sənginə.
Tərlan şikar eylədi,
Çıxdı dağlar sənginə.
Şəcər ahən çəkər səgisənginə,
Yeyər dəni dəhan nə yaxşı-yaxşı.
Ələsgər, sən eşq atını yay indi,
Yazdan, qışdan ləzzətlidi yay indi.
Qarşıda yay indi,
Çək xətəngin yayın di,
Aşiq eşqin atını
Yayacaqsan, yay indi.
Ah-zar eyləyər insan yay- indi,
Ərşdən leysan yağa, nə yaxşı-yaxşı!
Niftalı Göyçəlidən:
Aşıq sinəsinə alanda sazı
Sədası sayalı “Sarıtel” çala.
Aşıq sazın ha çala,
Eşqli çala-çala
Deyə haqq ayəsindən,
Səsi azana çala.
Dərd, kədər sinəndən çəkilə gedə,
Elə şadlanasan nəşə əl şala.
Şirin xəyalları alasan ələ,
Gəzəsən yaylada yarla ələlə.
Aşıq deyər ələlə,
Ara-axtar qan, ələ,
Hiyləgər gec, ya da tez
İlişər keçər ələ.
Gənc qız ahıl eşqin salarsa ələ,
El tənə eyləyər ağılsız çala.
Ey tale, tərslikdən sən də əl çək, din,
De ki, dərdi elə sən əzəl çəkdin.
Aşıq deyər əl çəkdin,
Sənlik deyil, əl çək, din,
Elə ki haqqa gəldin,
Denən şərdən əl çəkdin.
Ay Göyçəli, dərdə sığal- əl çəkdin,
Dağladı sinəni dərd çala-çala!
Hər nə isə, Azərbaycan dilinin zənginliyini, onun qiymətli söz və hikmətlər xəzinəsi olduğunu bilmək üçün xalqımızın qədim tarixlərdən bəri dövlətçiliyini,
mədəniyyətini necə qoruyub saxladığını dərindən biləsən ki, vicdanı qarşıya qoyub “kasıb dil” damğası vurmayasan.
Azərbaycan dili Azərbaycan Respublikasının atributlarından biri olaraq bütün dünya dövlətləri tərəfindən tanınmış və bəşəriyyətin ictimai şüur formalarını bütğvlükdə özündə əks etirən ünsiyyət vasitəsidir. Dünyada elə bir elmi və mədəni təfəkkür forması tapa bilməzcən ki, Azərbaycan dilində olmasın və Azərbaycan dilinin onu əks etdirmək üçün söz qüvvəsi olmasn.

Bu xəbər oxucular tərəfindən 1879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |