Şrift:
Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı olub
25.10.2023 [10:02] - Siyasət
Oktyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed