Şrift:
Paris Azərbaycan Evi Azərbaycan təamları layihəsinin ilk təqdimatını keçirdi
06.02.2013 [10:20] - Mədəniyyət, Diaspor
Bu günlərdə Paris Azərbaycan Evinin aylıq layihələri çərçivəsində Azərbaycan təamları layihəsinin ilk təqdimatı həyata kecirildi. Azərbaycan Evi və yerli fransız təşkilatları arasında nəzərdə tutilmuş bu silsilə tədbirin ilk qonağı 500 dən artıq üzvü olan Paris Qarşılıqlı Əlaqə (ACP) təşkilatı oldu.
Ilk öncə qonalarımızı Azərbyacan Evinin sədri Mirvari Fətəliyeva salamlayaraq Azərbaycan haqqında melumat verərək zəngin mədəniyyətimiz haqqında söhbət açdı.
Layihə rəhbəri, sədr müavini Jalə Babayevanın təqdimatı ilə Azərbaycanın zəngin mətbəxinin ləziz təamlarından olan paxavanın hazırlanma qaydası göstərildi. Istitakcıların böyük marağına səbəb olan bu təqdimatda onlarin özü də cox yaxından iştirak etdilər.
Çay süfrəsi ətrafında davam edən tədbir qonaqlarda Azərbaycan haqqında xoş təəssurat və maraq oyatdı. Beləcə, mətbəx mədəniyyəti vasitəsi ilə onlar Azərbaycana ilkin qiyabi səyahət etmiş oldular.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed