Şrift:
Azərbaycan ilə Qazaxıstan Orta Dəhlizin inkişafı üzərində birgə işləyir - Səfir
25.10.2023 [10:19] - Gündəm, İqtisadiyyat
Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafı üzərində birgə işləyirlər.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda Qazaxıstan Respublikası Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların həcmi 85 faiz artıb.

"Son illər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq xeyli intensivləşib. Bu il ticarət dövriyyəsi 60 faiz artıb. Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin demək olar ki, yarısını qazaxıstanlılar təşkil edir. Qazaxıstan və Azərbaycan təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətli layihələr həyata keçirirlər. Qazaxıstan və Azərbaycan təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətli layihələr həyata keçirirlər", - deyə səfir bildirib.

Alim Bayel qeyd edib ki, bu il Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber optik kabelin çəkilişinə də başlayıb və bu da öz növbəsində Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin mühüm tərkib hissəsidir.

Bundan əlavə, səfir 2023-cü ildə Qazaxıstanın da Azərbaycan vasitəsilə neft ixracına başladığını vurğulayıb.

"Biz neftimizin Azərbaycan ərazisindən nəqlini bir neçə milyon tona çatdırmağı planlaşdırırıq", - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed