26.10.2023 [11:42] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Qarabağ probleminin həllindən sonra qarşıda duran ən vacib məsələ köklü islahatların aparılması və dövlət idarəetməsini yenidən inşa etməkdir
İcra hakimiyyəti strukturlarının ləğvi məsələsi uzun illərdir müzakirə olunur. Zaman-zaman bu məsələyə toxunan ekspertlər ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsinin zəruri olduğunu qeyd edib. Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadə edilməsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin institutlaşmasına səbəb ola bilər.
Məlumat üçün bildirək ki, 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib: “Bu ərazilərdə, eyni zamanda yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.
Gələn ilin yazında referendum olacağı və icra strukturların ləğv olunacağı iddialarını nəzərə alsaq, o halda icra hakimiyyətlərinin təxminən 6 ay “ömrü” qalıb.
Daha bir maraq doğuran mövzu 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində azad edilən ərazilərdə idarəetmə ilə bağlıdır. Qarabağda yerləşən ərazilərimizin icra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin icra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, yerli icra hakimiyyətləri, onların işğaldan azad olunmuş rayonlara köçürülb-köçürülməməsi ilə bağlı hökumətdə hansı müzakirələrin olub-olmadığı haqda məlumatlı deyil. Amma dəqiq olan odur ki, Azərbaycanın digər bütün ərazilərində konstitusiyaya görə hansı idarəetmə mexanizmi fəaliyyətdədirsə, Xankəndi və digər işğaldan azad edilmiş ərazilərimizdə də tətbiq olunacaq: “Rayonlarımız işğalda olduğu zamanlarda da onların icra hakimiyyəti, digər icra strukturları mövcud olub və bu gün də fəaliyyət göstərirlər. İcra hakimiyyəti olmayan yeganə şəhərimiz Xankəndi idi. Yəqin ki, yaxın zamanlarda bu məsələnin həlli istiqamətində də addım atılacaq. Hazırda isə Xankəndi Şəhər Polis şöbəsi Xankəndidə fəaliyyət göstərir. Eləcə də digər bir sıra rəsmi qurumların orada müvafiq fəaliyyətlə məşğul olduğu bəllidir. Məncə, hazırda mövcud olan icra hakimiyyətlərini işğaldan azad edilmiş rayonlara yerləşdirilməsi lazımdır. Onların orada rayonlarda fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Xankəndi və ətrafındakı ərazilərimizdən qovulmuş Azərbaycan türklərinin-sakinlərin öz evlərinə geri qaytarılması tezləşdirilməlidir. Oraları boş ərazi kimi saxlamaq zərərimizə olar”. F.Quliyevin sözlərinə görə, əhalinin köçürülməsindən bir müddət sonra isə yerli bələdiyyələrin formalaşdırılması üçün bələdiyyə seçkiləri keçirilməlidir. Xankəndinin və digər azad edilmiş rayonlarımızın bələdiyyələri də olmalıdır. 23 saatlıq antiterror tədbirlərindən sonra azad edilmiş yaşayış məntəqələrimizdə yaşayışın təmin olunmasının tezləşdirilməsi üçün digər işğaldan azad edilmiş rayonlarımızla müqayisədə şərait var. Əhalinin oraya köçürülməsinin həm də siyasi baxımdan da ölkəmizə lazım olduğu bəllidir. O ki, qaldı rayon icra hakimiyyətlərinin ləğvi və ya yeni formaya keçidi məsələsinə, idarəetmə mexanizmində dəyişiklik referendumla həllini tapa bilər. İcra hakimiyyətləri və Şərqi Zəngəzurda Prezidentin səlahiyyətli nümayəndəlikləri bir-birini təkrar edən, bir-birinə zidd olan strukturlar deyil. Gələcəkdə qeyd etdiyimiz məsələ referenduma çıxarılarsa, yerli icra hakimiyyətləri Prezidentin səlahiyyətli nümayəndəlikləri ilə əvəzlənə bilər".
Etibar SEYİDAĞA/“Yeni Müsavat”

Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |