Şrift:
Avropa Liqası: Ağdamın “Qarabağ” klubu növbəti oyununu keçirib
27.10.2023 [10:05] - Gündəm, İdman
Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Ağdam klubu H qrupundakı üçüncü matçında Almaniyada “Bayer”lə qarşılaşıb. “Bay Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:1.

Matçda hesab erkən qolla açılıb. Florian Virts Leverkuzen təmsilçisini önə çıxarıb. 16-cı dəqiqə Azərbaycan çempionu Toral Bayramovun penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. 21-ci dəqiqədə Alexandro Qrimaldo vəziyyəti yenidən “Bayer”in xeyrinə dəyişib. 35-ci dəqiqədə Viktor Bonifase 3-cü topu “köhlən atlar”ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da sürətli başlayan almanlar 55-ci dəqiqədə fərqi bir qədər də artırıblar. Qrimaldo özünün ikinci, komandasının dördüncü qoluna imza atıb. Görüşdə son nöqtəni isə bundan cəmi üç dəqiqə sonra Edmond Tapsoba qoyub.

Bu qələbə ilə xallarının sayını 9-a çatdıran “Bayer” vahid lider olub. Altı xalı olan “Qarabağ” ikinci sırada yer alıb.

Qeyd edək ki, H qrupunun digər oyununda Norveçin "Molde" komandası doğma meydanda İsveçin "Hekken" klubuna eyni hesabla qalib gəlib - 5:1.

“Qarabağ” qrupda növbəti matçını noyabrın 9-da Bakıda “Bayer”ə qarşı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed