06.02.2013 [11:41] - Gündəm, Sosial
Yazının qəribəliyi, qeyri-adiliyi, əlahiddəliyi, gücü-qüvvəsi, sehri, mistikası... odur ki, qalır. Heç vaxt itmir, unudulmur, yoxa çıxmır. “Yazıya pozu yoxdur” misalı yazının alın yazısıdır. Yazı pozulmur – kağızın üzərində, saralmış bir səhifədə, yaddaşın bir küncündə öz həyatını yaşayır. Yazının, Sözün Göylə, Kosmosla əlaqəsi var...
Əkrəm Əylislinin “Daş yuxular”ı buna görə yandırıb-yaxır... Bu, sıradan bir əsər deyil. Bu, Kosmosa, Allaha ismarıcdır. Amma Azərbaycanı, azərbaycanlıları ifadə edən, onların istək və arzularını, Qarabağla bağlı iztirablarını ifadə edən ismarıc deyil. “Daş yuxular” yalnız Əkrəm Əylislini ifadə edir, onun mahiyyətidir, onun arzu və istəkləridir. Onun təhtəlşüurunda yaşayan “həqiqət”di “Daş yuxular”...
Biz bu yazıya müharibə açdıq, Əkrəm Əylisliyə meydan oxuyuruq, bəs onu, “Daş yuxular”ı kitab səhifələrindən, yaddaşımızın bir küncündən, ürəyimizdən, qəlbimizdən silib ata biləcəyikmi? “Axır ki, Azərbaycanda bir ziyalı tapıldı ki, erməni xalqından üzr istəsin” deyə bar-bar bağırır Ermənistan mətbuatı... Bu, bizə, Əkrəm Əylisliyə lazımıydımı? “Əkrəm Əylislinin bu əsəri Sumqayıt hadisələrinin 25 illiyinə gözəl bir töhfədir” deyirlər ermənilər. Əkrəm Əylisli ermənilərdən bu “təşəkkürü”ü almaq üçünmü yazıb o əsəri?.. İndi biz necə haqq qazandıraq Əkrəm Əylisliyə, necə əlimizi yelləyək ki, əşşi, yazıçıdır da, istədiyini yaza bilər...
İstədiyini yaza bilər, amma... azərbaycanlıları da tapdalaya bilərmi? Hanı müqəddəs dəyərlərin keşikçiləri? Axı elə dəyərlər var ki, onlara toxunmaq olmaz. Qarabağa toxunmaq olmaz axı!!! Torpaqları işğal olunan, zorakılığa, təcavüzə məruz qalan bir toplumu təhqir eləmək olmaz axı! Elçibəyi, Ziya Bünyadovu aşağılamaq olmaz axı!
Hanı elçibəyçilər, niyə susurlar?
Siz ki, bu qədər demokratiksiniz, başqalarına qarşı bu dözümü niyə nümayiş etdirmirsiniz?
Bizi o narahat eləmir ki, Ə.Əylisli niyə belə yazıb. Bizi narahat edən odur ki, o, azərbaycanlıları “vəhşi”, “yeraz”, “erməniləri öldürən”... sayır. Bax, qorxulu olan budur.
Yaxşı, bəs tarixçilərin araşdırdırmalarını hara qoyaq? Bəs bu gün Ə.Əylislini var-gücü ilə müdafiə edən Aslan İsmayılovun “Sumqayıt həqiqətləri” kitabında yazılanları neyləyək? Sumqayıtdakı qətliamı “yeraz”lar törədibsə, Aslan müəllim, sizin o kitabda yazdıqlarınız nədir? Siz ki, inandırmaq istəyirdiz ki, Sumqayıt hadisələri Moskvadan idarə olunurdu və ermənilər icra edirdi? Sizə inanaq, yoxsa Ə.Əylisliyə? Ya bəlkə Sərdar Cəlaloğlunu “haqsız” çıxaraq? Soruşur ki, “Əylis kəndində baş verənlər Xocalıda baş verənlərdən daha dəhşətliydimi?..”
Mən müxalifəti, müxalif düşüncəli insanları anlaya bilmirəm. 2000-ci ildə Milli Məclisdə mərhum Heydər Əliyevin iştirakı ilə Qarabağla bağlı müzakirələr keçiriləndə Ə.Əylisli “Daş yuxular”dakı “tezis”ləri səsləndirmişdi. Müharibə istəmədiyini, hansı şərtlərlə olursa-olsun, sülhə razılaşmağın “vacib”liyini, erməni əsgərindən qorxmağını birbaşa və dolayısı ilə etiraf edəndə müxalif mətbuat Ə.Əylislini “dar ağacı”ndan asmağa hazırıydı. İndi “humanist” olublar, indi müdafiəsinə qalxıblar. Nə baş verir? 2000-ci ildə hakimiyyətə yaxınıydı deyə, çarmıxa çəkməyə hazır idiz, indi bir-iki dəfə tənqidi fikirlər səsləndirib, Qarabağı belə qurban verirsiz... Bu, nə deməkdir? Adamlara fərqli yanaşma, prosesə fərqli baxış. Axı həqiqətə hansı yöndən, hansı tərəfdən baxırsan-bax, məzmununu, mahiyyətini dəyişmir. Necə olur 2000-ci ildə baltaladığınız bir yazıçını bu gün İsa Məsih elan edirsiz???
Yazırlar ki, hakimiyyət Ə.Əylislinin durumundan öz xeyrinə bəhrələnir. Bu əsəri yazmağı Ə.Əylisliyə hakimiyyət sifariş etmişdi? Hakimiyyət deyib ki, Əkrəm müəllim, qələmi götür, dəyərlərimizi aşağıla, məhv elə, erməniləri haqlı çıxart?..
Ermənilərin havadarları onsuz da çoxdur. Təəssüf edirəm ki, o siyahıya bir isim də əlavə olundu. Və o ismin sahibi Azərbaycanın xalq yazıçısıdı...
Görəsən, Ramil Səfərov Ə.Əylisli haqqında nə düşünür?..
Aynur Camalqızı

Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |