30.10.2023 [09:42] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"İrandan keçəcək alternativ yol öz yerində, gələcəkdə Zəngəzur dəhlizinin açılacağına qətiyyən şübhəm yoxdur"
“Şahmat termini ilə desək, ancaq qaralarla oynamalı deyilik. Gələcəkdə baş verəcək ssenarilərdə də rolumuzu, hansı addım atacağımızı özümüz müəyyən edəcəyik”
Azərbaycanın Zəngəzurla bağlı ərazi iddiası yoxdur. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub: "Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var". Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər. Xatırladaq ki, baş nazirin müavini Şahin Mustafayev oktyabrın 6-da Zəngilanda jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb.
Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk da bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir. Overçukun sözlərinə görə, Ermənistandan yan keçməklə İran vasitəsilə Naxçıvana, Türkiyə ilə sərhədə yolun çəkilməsi variantı Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir: "Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km, İran ərazisindən isə təxminən 50 km. olacağı qiymətləndirilib. Bütün fərq budur: iki körpü və 8 km".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, böyük güclərin yeni dünya düzənində apardığı savaşda Cənubi Qafqaz da siyasi tektonik zonadır. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan olduqca ehtiyatlı davranmalıdır:
"Əlbəttə, strateji məqsədlərimiz var. Amma bəzi addımlarımızı dövrün trendinə uyğun atmalıyıq. Biz hesab edirik ki, azərbaycanlılar öz tarixi yurdlarına geri dönməlidir. Ölkə başçısının dediyi kimi, ora tankla yox, avtomobillərlə qayıtmaq düşüncəsindəyik. Kommunikasiya baxımından da Zəngəzur dəhlizinin açılmasında, regional əməkdaşlıqda maraqlıyıq. İrandan keçəcək alternativ yol öz yerində, gələcəkdə Zəngəzur dəhlizinin açılacağına qətiyyən şübhəm yoxdur. Bütün şərtlər ora aparır. Ermənistan istəsə də, istəməsə də bu, baş verəcək. Ancaq parçalanmış nəqliyyat yolunun da ziyanı yoxdur. Alternativ yolların da olması gələcəkdə bizə qarşı təzyiq edilməsi ehtimalını da azaldır. Yaxın Şərqdə baş verənlərlə müxtəlif ssenarilərin inkişafı mümkündür. Həmçinin İrandan keçəcək yolun gələcəkdə riskə düşməsi ehtimalı da var. Lakin sonda bizə uyğun nəticələr hasil olarsa, kommunikasiya məsələsində udan tərəf olacaq. Bütün məsələlər nəzərə alınır. O baxımdan Azərbaycan rəsmilərinin "bizim Zəngəzura ərazi iddiamız yoxdur" açıqlaması normaldır. Zəngəzur məsələsi ilə bağlı bizə qarşı təhrikedici yanaşmalar var idi. Qərb mediasında "Azərbaycan yeni müharibəyə hazırlaşır" iddiaları yer alırdı. Şahmat termini ilə desək, ancaq qaralarla oynamalı deyilik. Gələcəkdə baş verəcək ssenarilərdə də rolumuzu, hansı addım atacağımızı özümüz müəyyən edəcəyik. İndiki dövrdə Azərbaycan diplomatiyası zərgər dəqiqliyi ilə işləyir. Strateji məqsədlərimizdən də yayınmırıq. Uyğun şərtlərdə əlimizdəki variantlardan ən münasib olanını tətbiq edəcəyik".
F.Quliyev vurğulayıb ki, Zəngəzur dəhlizinə kimin nəzarət etməsi texniki detal kimi İrəvan və Moskvanın çiyinlərində olan məsələdir:
"Qərb dövlətləri də dəhlizin açılmasında maraqlıdır, amma hələlik açılmasını istəmirlər. Səbəbi də odur ki, dəhlizə nəzarət Rusiyanın əlində olmasın. Rusiya bölgədən tamamilə çıxandan sonra Zəngəzur dəhlizi açılsın. Ermənistan da ona görə yubadırdı ki, Rusiya ordusu çıxanda dəhlizə nəzarəti özü həyata keçirsin".
İsmayıl Qocayev/sherg.az

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |