Şrift:
ŞƏHİDİMİZ DƏFN OLUNDU (FOTO)
06.02.2013 [12:59] - Gündəm, Hərb
Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 19 yaşlı Sənan Dövlət oğlu Əlizadənin nəşi bu gün səhər saatlarında Cəlilabad rayon Alar kəndinə gətirilib.

Daha sonra şəhidin Azərbaycan bayrağına bükülmüş cənazəsi Sənanın xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərinin müşayətilə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin yaxınlarının sözlərinə görə, Sənan ordu sıralarına hələ çağırılmamış gələcək hərbi xidmətini döyüş bölgəsində keçirməyi arzu edirmiş. Elə onun bu arzusu Sənanı şəhidlik zirvəsinə ucaltdı.

Qeyd edək ki, Sənan Əlizadə və Azərbaycan ordusunun digər bir zabiti, leytenant Tural Nadir oğlu Əsgərov dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olublar.

Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed