Şrift:
Hakan Fidan Aİ ölkələrinin Türkiyədəki səfirləri ilə görüşüb
31.10.2023 [10:00] - Gündəm, Türk dünyası-Turan
Oktyabrın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı diplomatik nümayəndələri və səfirləri ilə görüşüb.

Görüşdə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və ittifaqa üzv ölkələrin Ankaradakı səfirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Hakan Fidan münasibətlərin yenidən canlandırılmasında Türkiyənin Aİ-yə üzvlük prosesinin, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin Ankara üçün prioritet olduğunu deyib. Türkiyənin bu məsələlərdə qətiyyətini qeyd edən nazir Aİ-nin verdiyi müsbət mesajların həyata keçirilməsinə ehtiyac olduğunu xatırladıb.

Görüş zamanı qanunsuz miqrasiya, terrorla mübarizə, Türkiyə-Aİ münasibətləri, İsrail-Fələstin münaqişəsi, bölgədəki vəziyyət, həmçinin Rusiya-Ukrayna qarşıdurması kimi aktual məsələlər də gündəmə gətirilib.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed