Şrift:
ETTELAAT daha bir qrup jurnalisti tutduğunu açıqlayıb
06.02.2013 [14:01] - Güney Azərbaycan xəbərləri
İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) fevralın 5-də bəyanat yayaraq xarici media, o sıradan da BBC ilə əməkdaşlıqda günahlandırılan daha bir qrup jurnalisti tutduğunu açıqlayıb.
Bəyanatda tutulan jurnalistlərin sayı və kimliyi haqda hər hansı məlumat verilməyib. Bəyanatda deyilir: “Tutulan jurnalistlər həm ölkədə, həm də xaricdə BBC ilə əməkdaşlıq edən bir şəbəkə ilə əlaqədə olublar. Şəbəkənin mərkəzi özəyi Londondadır. Bu mərkəzlə birbaşa əlaqədə olan və onunla əməkdaşlıq edən daha üç şaxə isə Brüssel, Paris və İstanbulda fəaliyyət göstərir və tutulan jurnalistlər həmin şaxələr vasitəsilə şəbəkənin özəyi ilə əlaqə saxlayıblar”.

ETTELAAT əməkdaşları yanvarın 26-dan bəri daha 17 jurnalisti tutub: Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi, Pejman Musəvi, Səba Azərpeyk, Süleyman Məhəmmədi, Milad Fədai Əsl, Hüseyn Yağçı, Keyvan Mehreqan, Əli Dehqan, Fatimə Sağərçi və Reyhanə Təbatəbayi. Tutulan jurnalistlərdən yalnız Mütəhhirə Şəfiyi iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed