Şrift:
Ərdoğan: Qəzzada hərbi cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün danışıqlar gedir
01.11.2023 [10:04] - Gündəm, Türk dünyası-Turan
İsrailin Qəzzada Türk-Fələstin Dostluq xəstəxanasını vurması bu ölkənin haqq, hüquq və insani dəyərlərin tanımadığının sübutudur.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, İsrailin hücumları nəticəsində indiyədək əksəriyyəti körpə, uşaq və qadın olmaqla 8 500 fələstinli həlak olub: “Qəzzada törədilmiş hərbi cinayətlərin təqsirkarlarının qanun qarşısında cavab verməsini təmin etmək üçün danışıqlarımız davam edir”.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə bölgədə yeni təhlükəsizlik mexanizmin təsisi məsələsində öz üzərinə öhdəlik götürməyə də hazırdır.
Bu xəbər oxucular tərəfindən 1205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed