06.02.2013 [14:54] - Xəbərlər, Mədəniyyət, Bildiriş
Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə tanınmış yazıçı, alim, publisist və ictimai-siyasi xadim İsrafil Məmmədovun 85 illik yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyinin zalında 07 fevral 2013-cü il tarixində saat 14.00-da keçiriləcək.
MƏMMƏDOV İSRAFİL SÜLEYMAN OĞLU
1927-ci ildə Zəngəzur mahalının Mığrı rayonunda anadan olub. İrəvanı ən sonda tərk edən ziyalımız 1990-cı ilədək orada çıxan “Sovet Ermənistanı” adlı respublika qəzetinin son baş redaktoru , təhsil nazirinin müavini, respublika “Bilik” cəmiyyəti sədrinin müavini, jurnalistlər ittifaqı sədrinin müavini, EA Tarix İnstitutunda Ermənistanda Azərbaycan mətbuatı, Azərbaycanda erməni mətbuatı tarixi üzrə baş məsləhətçi, pedaqoji institutda tarix müəllimi olub.
Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində Ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqaləsi dərc edilib, 6 kitabı çap olunub. M.F Axundov, N.Nərimanov, Nizami, Nəsimi, Mirzə Cəlil, Ü. Hacıbəyov, S. Vurğun, Rəsul Rza əzəmətini erməni və rus dillərində erməni oxucularına çatdırıb. “ Uç göyərçinim”, “Eldarın uşaqları”, “Bizim Əfəndiyev”, “Hicran”, “Körpüdən”, “Ömür yarpağı” hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. Müxtəlif dillərdən A. Gelmanın “Aləmlə üz-üzə”, Y. Onelin “Qarağaclar altında məhəbbət”, P.Pancevin “Ekizlər”, Ə.Əbubəkrin “Şuburumda dava-dalaş”. Q.Sundukyanın “Daha bir qurban və başqa müəlliflərin daha beş səhnə əsərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968-ci ildə yaşadığı mənzili partladıblar.
1990-cı ildə (qanlı yanvar gecəsi) Bakıya pənah gətirib. Dörd qaçqın ailəsi ilə birlikdə bir mənzildə yaşayıb, dəfələrlə qəlb böhranı (infarkt) keçirib, görmə qabiliyyətinin 80 faizini itirib. Bu halla da AMEA Tarix İnstitutun¬da, Azərbaycan Teleradio verilişləri qapalı səhmdar cəmiyyətində Vətən tarixinin ən çağdaş, ən aktual mövzusu olan deportasiya və soyqırımı, erməni təcavüzkarlığı və saxtakarlığı, Azərbaycanın isbata ehtiyac duymayan həqiqətləri ilə bağlı araşdırmalarını böyük sayla davam etdirib. Azərbaycan, rus və ingilis dillərində 300 m.v. həcmində kitablar yazıb, erməni, rus və Azərbaycan dillərində internet səhifələrinə 50-55 ç.v. həcmində məqalələr verib. 17 elmi əsərin redaktoru, Ermənistan və Azərbaycanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 4 dissertantın elmi rəhbəri olub. Respublika radiosunda erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib.
“Azərbaycanlıların soyqırımı haqqında” Respublika prezidenti, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan va Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi va aparıcı çıxışçısı olub. Soyqırımı, deportasiya, erməni təcavüzkarlığı, Azərbaycan həqiqətləri mövzuları ilə bağlı Moskva, Ankara, İstanbul va Bakıda keçirilən beynəlxalq elmi-nəzəri konfranslarda məruzəçi olub. “Tariximiz, torpağımız, taleyimiz”, “Ermənistan azərbaycanlılarının acı taleyi”, “İrəvanın siyasi tarixi, 1500-1800”, “Erməni separatizmi və ekstremizmi”, “Zorakı xristianlaşdırma”, “Osmanlı Türkiyəsi, Cənubi Qafqaz və Cənubi Azərbaycanda ermənilərin törətdikləri dəhşət və vəhşətlər”, “Panermənizmin üç tərkib hissəsi: “Böyük Ermənistan”, “Erməni məsələsi”, “Erməni soyqırımı”, “Ermənistanda Azərbaycan kitabının tarixi, Azərbaycan teatrının tarixi, Azərbaycan mətbuatının tarixi, Ermənistan azərbaycanlıları 1941-1945-ci illərdə”, “Terror səbəb və nəticəsi”,”Zəngibasar qətliamları”, “Erməni kilsəsi və Türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan “Böyük Ermənistan” kabusu”, “Vedibasar qətliamları və Abbasqulu bəy”, “rus-türk müharibələrində ermənilərin fəal iştiraki” mövzularında yazdığı 20 kitab və yüzlərlə elmi-nəzəri, elmi-publisist məqalələrində o, Azərbaycan həqiqətlərini, erməni vandallarının xalqımıza qarşı törətdikləri dəhşət və vəhşətləri təkzibedilməz tarixi faktlar əsasında özünəxas üslubda erməni, rus, ingilis və Azərbaycan dillərində oxuculara, dünya ictimaiyyətinə çatdırır.
Erməni tarixşünaslığında hələ də davam etməkdə olan saxtakarlıqların təkzib və ifşa edilməsi onun yaradıcılıq fəaliyyətinin çox vacib tərkib hissəsidir. “Erməni xalqının tarixi”nin V və VI cildlərində akademiklər Ş.P. Ağayan, A. Q. Hovhannisyan, M.Q. Nersesyan, Q.A. Qaloyan və başqa tarixçilər “erməni soyqırımı”na elmi vətəndaşlıq pasportu verməyə ciddi cəhd göstərmişlər. Bunun əsassız, uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda 2.5 milyon müsəlmanın qətlə yetirilməsinin erməni tarixşünaslığında qəhrəmanlıq kimi qələmə alındığını, o, ilk dəfə elə həmin V və VI cildlərdən gətirdiyi faktlarla isbata yetirib. Moskva, İrəvan, Tehran mətbuatında ulu Öndər Heydər Əliyevin ünvanına böhtanlar yağdıran Kurakasyan kimi siyasətbazları ifşa edən yazılarından birində deyilir: “Ölülərə istinadən dirilərə böhtan atmaq mərəzindən əl çəkin! O vaxt cənab Əliyev Bakıda deyildi. Moskvadaydı, SSRİ Nazirlar Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi. Deməli, onun Bakıdan Moskvaya çağırılması haqqında yazdığınız ağ yalandı! İkincisi, Brejnev də zəng vura bilməz, - Bizim Əliyevi narahat etməyin, - deyə bilməzdi. Ona görə ki, Brejnev artıq Baş katib, Prezident deyildi, çoxdan dünyasını dəyişmiş bir ölü idi. Yetər, tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini aldatdığınız bəs deyilmi?!
Həddini çoxdan aşmış erməni saxtakarlığının ifşa edilməsində, Qərb bölgəsi azərbaycanlılarının acı taleyi və tarixinin araşdırılmasında uğurlar. Ulu Öndərin “Sovet Azərbaycanlı” adlı kitabının milli münasibətlərin gərginləşməyə başladığı bir vaxtda İrəvanda tərcümə edilməsi və erməni dilində çap olunmasında göstərdiyi yaradıcılıq səyi , bədniyyətlə “Azərbaycan tarixi” yazmaq mərəzinə tutulan erməni yazıçısının Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Türkiyənin baş naziri Cənab Erbakana ünvanladığı məntiqə sığmayan məktuba cavab olaraq yazdığı “ Tarix nə mədhnamə və antimaniyadır, nə də demorkasiya xətti” adlı iri həcmli analtik məqaləsi, ümumiyyətlə, bütün yaradıcılıq fəaliyyəti çağdaş təfəkkür zirvəsindən boylanan tarixçi alim, qocaman yazıçı, müdrik ağsaqqal, əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı 85 yaşlı İsrafil müəllimin Vətənə, xalqa, elmə, dövlətçiliyimizə şüurlu, təmənnasız və fədəkarlıqla xidmətinin isbata ehtiyac duymayan gerçək sübutudur.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |