Şrift:
Qərbi Azərbaycan toponimləri barədə kitab çapdan çıxıb
02.11.2023 [10:21] - Qərbi Azərbaycan-İrəvan
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.

Bu barədə AMEA-dan bildirilib.

Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanmışdır. Məqalələr Qərbi Azərbaycanın toponimləri ilə bağlıdır.

Burada toponimlərin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var.
Bu xəbər oxucular tərəfindən 4444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed