Şrift:
Təqaüdlər və ünvanlı sosial yardımlar üçün vəsaitin həcmi artırılır
02.11.2023 [10:32] - Xəbərlər, Gündəm, Sosial
Sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğa, ailə başçısının itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat (2023-cü il ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çox) vəsait ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.


Ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020– 2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb.

Qeyd edilib ki, 2023-cü ildə sosial müavinətlərin və təqaüdlərin miqdarının artırılması ilə əlaqədar 2024-cü ildə 357.3 milyon manat maliyyə təminatının yaradılacaq.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsinin layihəsində 2630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü illə müqayisədə 649,6 milyon manat və ya 32,8 faiz çoxdur.

Artımın əsas səbəbi 2023-cü ildə sosial müavinətlərin və təqaüdlərin miqdarının artırılması ilə əlaqədar 2024-cü ildə maliyyə təminatının yaradılması (357.3 milyon manat), həmçinin, sosial müavinət və təqaüd alanların sayının, ehtiyac meyarı həddinin artımı ilə bağlı xərclərin maliyyələşdirilməsi (230,0 milyon manat), bir çox sosial müavinət və təqaüdlərin Naxçıvan Muxtar Respublikasının büdcəsindən çıxarılaraq mərkəzləşdirilmiş xərclərdə (62,3 milyon manat) əks etdirilməsi olub.
Bu xəbər oxucular tərəfindən 3202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed