08.11.2023 [21:56] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Azərbaycan xalqının milli birliyi bundan sonrakı problemlərin də öhdəsindən gələcək".
Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya şərhində bildirib. Söhbət zamanı o, qeyd edib ki, Zəfər bayramı bütün zərbaycan xalqının ümummilli bayramıdır:
"Bu, Azərbaycan xalqının son iki yüz ildə əldə etdiyi möhtəşəm qələbədir. Bu, son otuz illik problemin sona çatması deməkdir. Azərbaycan öz qətiyyəti və şücaəti ilə öz ərazi bütövlüyünü bərpa eləyib.
Bu, tariximizdə unudulmayacaq addımdır. Əlbəttə ki, bu qələbənin kökündə xalqımızın fədəkarlığı, şəhidlərimizin qanı və qazilərimizin əməyi durur. Azərbaycan xalqı öz mili birliyi ilə bu möhtəşəm qələbəni qazanıb. Azərbaycan xalqı daima bu birliyi saxlayacaq. Çünki hər bir ölkədə olduğu kimi bizim ölkədə də nə vaxtsa müəyyən problemlər baş verə bilər. Ona görə bu milli birliyi qorumaq lazımdır”.
O bildirib ki, müəyyən kənar qüvvələr ölkəmizə təzyiqlər edir:
“Həmin qüvvələr postmünaqişə dövründə də regionda problemlər yaratmağa çalışırlar. Möhtəşəm qələbə qazanan Azərbaycanın bu problemlərə müqavimət göstərmək haqqı var. Zəfər günü münasibətilə bütün Azərbaycan xalqını təbrik eləyirəm. Hesab edirəm ki, ölkəmiz bundan sonra böyük uğurlar əldə edəcək".
Yunis Abdullayev /Cebhe.info

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |