Şrift:
İrəvanda Qarabağın Ermənistana birləşdirilməsi təklifi
07.02.2013 [10:56] - Xəbərlər, Gündəm
Ermənistanın xarici siyasətdə əsas hədəfi münaqilərin dinc yolla, mehriban qonşuluq əsasında həlli olmalıdır.Bunu Ermənistan prezidentliyinə namiəzəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan seçki proqramını açıqlayarkən deyib. Raffi Ovannisyanın sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyi tanınmalı və Qarabağ erməniləri istəyərsə Ermənistana birləşdirilməlidir. Prezidentliyə namizəd hesab edir ki, dinc nizamlanmanın əsas şərti kimi Dağlıq Qarabağ separatçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə qoşulması məsələsi qaldırılmalıdır.

Raffi Ovannisyan təklif edib ki, Ermənistan parlamenti Türkiyə ilə protokolları gündəlikdən çıxarsın və yenidən baxsın: “Ermənistan Türkiyədən düşmənçilik hərəkətlərinə və blokadaya son qoyulmasını tələb etməlidir. Tərəflər üçün ən yaxşı variant diplomatik münasibətlərin qurulması ilə bağlı protokolların heç bir ilkin şərt olmadan imzalanmasıdır”.
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed