07.02.2013 [11:42] - DAVAMın yazıları
Milliyyətçilik, bir millətin muxtar olma , birlikdə yaşama, var olmasını sübut etməsi üçün o millətin ideoloji bir hərəkətidir. Şəxsiyyət azadlığı qazanmasına və bunları davam etdirməsinə istiqamətli bu anlayışların hər biri XVII və XVIII əsrlərdə Avropada ortaya çıxan yeni, fəlsəfi, tarixi və antropolojik qavramlı ifadələrdən törəmişdir. Məsələn, "şəxsiyyət" anlayışı müstəqim bir şəkildə "eynilik" (identification) olaraq başa düşülməsi anlamına gəlir. Bu zaman eyni qrupa aid olanlar, qrup mənsubları bənzər şəkillərdə geyinər, yeriyərlər, eyni dili danışarlar, eyni ənənələri qoruyarlar; bütün bu baxımlardan özlərinə mənsub olmayan fərdlərdən fərqlilik göstərərlər. Bu bənzərlik – həm də bənzəməzlik görüntüsü, milli "şəxsiyyətin" kəcb etdiyi mənalarından biridir. Burada insanların bir boydan, bir etnik kökdən gəlib gəlməməsi əhəmiyyətli deyil. Məsələn, bir zamanlar Monqolustanda etnik baxımdan monqol olub- olmama əhəmiyyətli deyildi, əhəmiyyətli olan monqol qanununu qəbul etmək idi və mongollar kimi yaşamaqdı. Osmanlı dövləti də ərazisində yaşayan xalqlara fərqlilik nümayiş etdirməmişdi ki, uzun müddət ayaqda qala bildi. Bu dövlətin içində yaıayanlar özlərin i heç zaman qərib hiss etməmişlər. Bu bir çox ölkələr üçün də uzun zaman yaşama və fəaliyyət göstərmənin özünəxas prinsipi olmuşdur. Ermənilər üçün bu prinsip keçərli sayıla bilməz, çünki onların heç zaman dövləti olmamış və içərilərində etnik baxımdan onlara yaxın olan millətlər olmamışdır. Bu mənada erməni milliyətçiliyinin çatışmayan cəhətləri özünü qabarıq göstərir. Millətə "modernist" yöndən baxılsa milli şəxsiyyəti yaradan da elə milliyətçiliktir. Bunda zərərli bir şey yoxdur əslində. Erməni milliyətçiliyi əvvəla, heç zaman modernist olmamışdır, ikincisi isə özü bir şey ifadə etməsə də onun millliyətçiliyi isə başqa xalqlara “yuxarıdan aşağı” baxmaq kimi eqoist yönü ilə seçilmişdir. Bu eqoist yanaşma imkan verməzdi ki, erməni milliyyətçiliyi sağlam düşüncənin üzərində köklənsin. Milliyyətçilik haqqında bir çox fikirlər mövcuddur. Bunlardan ən maraqlısı Ernest Gellnerə aiddir, o deyir ki, , "milliyyətçilik millətlərin öz mənlikləri mənasında oyanmış olmaları deyil; milliyyətçilik boş yerdə millətlər icad edər". Erməni dediyimiz toplumun qədimdə olan Armeniyaya heç bir dəxli olmasa da bu gün dünyanı inandıra bilmişdir ki, onlar bunların sələfləridir. Əslində milliyyətçilik eyni dili danışan, eyni bioloji xüsusiyyətlərə və eyni mədəniyyətə sahib, ortaq bir mənşədən gələn, cəmiyyəti təşkil edən fərdlərin şüuruyla, üzvü olduğu cəmiyyəti müqəddəs fikirlərlə digər cəmiyyətlərə görə daha çox sevən, aid olduğu cəmiyyəti qoruma və təbliğ etməyə çalışan, aid olduğu cəmiyyəti hər istiqamətdə daha yaxşı bir yerlərə çatdırmağa çalışan fərdlərin düşüncə formasıdır. Ermənilərin nə dili, nə mədəni varlıq bənzərliyi , nə adət- ənə ələri bu dövlətlə eyniyyət təşkil etmir. Amma panarmenizmin illər boyu təbliğatı budur öz işini görmüşdür. “Hay” “erməni”yə cevrilmiş və haqqı olmayan tarixi gerçəklərə iddia etməyə başlamışdır. Beləcə yalançı panermənist tarix də ortaya çıxmışdır. Bu ondan olmuşdur ki, qədim Armeniyaya iddiaçı ortada yoxdur. Yoxdur deyə ona sahiblənməkmi lazımdır. Bu gün çox qədim dövlətlərinin “sahibi” yoxdur. Bunu erməni panarmenistlər çox yaxşı bildiklərindən bu dövlətin də, digər qonşuların da tarixi varlığına sahib çıxmışlar. Albaniyanın da sahibi yoxdur. Qafqaz Albaniyasınadan söhbət gedir. Baxın, bu xalqa aid olan hər şey- maddi- mədəniyyət abidələri, kilsələr, məbədlər, kitabələr, yazılı və şifahi bütün ədəbiyyat ermənilərinki kimi qələmə verilir. Bu gün, məsələn, bir avropalıya sən sübut edə bilməzsən ki, Dağlıq Qarabağdakı Qanzasar Monastırı ermənilərə aid deyil, alban abidəsidir.
Panarmenizmdə də bütün milliyətçilik qavramalarında olduğu kimi ictimai mənsubluk bilinci gəlir. Belə halda mənsub olduğu cəmiyyəti şüurlu olaraq sevmə və cəmiyyətin inkişafı üçün səy göstərmə özünü qabarıq göstərir. Başqa cəmiyyətlərə qarşı hər hansı bir düşməncə rəftar qəbuledilməz sayılır. Ermənilərdə bunlar başqa anlamda təzahür etdiyindən biz onların bəzi cəhətlərini açmağa çalışacağıq. Erməni milliyətçiliyinin antibəşəri xarakterini açmaq üçün biz öncə milliyətçilik anlayışının erməni toplumunda necə qavranıldığına diqqət etməliyik. Ermənicə millət –ազգ (azq) sanki yalnız onlara aid olan bir qavramdır, digər xalqlar ազգ(millət) ola bilməzlər. Ermənilərin bu anlayışı fərqli anlamaları onların millətçilik xəstəliyinə tutulmaları ilə bağlıdır. Millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, varolmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Qərbdə millətçilik öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düşüncəsi ilə sıx bağlı bir konsepsiya kimi götürülmüşdür. Müasir millətçiliyin Avropada əsasını fransızlar qoymuşlar. Bu sadəcə olaraq bir siyasi və ideoloji layihə olaraq ortaya çıxmışdır. Millətçiliyin klassik növü İngiltərədə bərqərar olmuşdur. Buna isə siyasətdən və ideologiyadan kənarda baxılmamışdır. Bu modellər, yəni “Qərb modeli” qorunub saxlanmışdırmı? XVIII əsrdən üzü bu yana ona yön verən isə Almanlar olmuşdur. Fransada yaranan millətçilik sosial və siyasi proekt idi, bu digər ölkə və xalqlarda da özünü məhz bu formada səciyyələndirirdi. Fransız milli ideologiyası alman mifləri ilə əvəzlənərkən özündə süni çalarları əks etdirməyə başladı. Millətçiliyin “Şərq modeli” isə daha fərqli formada özünü göstərirdi. Biz bu mənada “millətçilik layihələrinə” erməni millətçiliyi nümunələrində təhlil etməyə çalışsaq həmin fərqi aşkar görərik. Adam Smit tərəfindən əsaslandırılan modeli çox asanlıqla Erməni nasionalizminə aid etmək olar. Burada ümumi əcdad-Hayka bağlılıq var,burada Erməni “qızıl əsrinə” həsrət özünü göstərir ( guya ki, 1,5 min illik enmədən sonra yüksəliş gələcək), Vətənin itirilməsinə yanğı ilə acıma var. Bu “millətçi mif” XIX əsrin sonlarında ,XX əsrin əvvəllərində bir qrup ziyalının ortaya çıxmasını şərtləndirmişdi. Onların arasında yazıçılar, publisistər, din adamları və s. vardı. Raffi, Leo, Mıkrtiç,Xrimyan... Bu ideologiyanı yayan mətbuat orqanlarına da malik idilər. “Mşak” qəzeti, “Hnçak”, “Droşaq” jurnalı. Onların içərisinə Erməni kökənli Rusiya vətəndaşları daxil olmuş və Rus xalqçıları kimi onlar da xalqın içərilərinə kəndlərə üz tuturdular. Erməni millətçiliyini yaymaq çətin deyildi,bunun üçün daha öncələrdə mxitaristlərin təsiri ilə silahlanmış qüvvələr ayaqda idilər. Tarixi “Qəhrəmanlıq mifləri”də köməyə gəldi. Erməni tarixini şişirdilmiş formada təqdim edən Leo, xalqın yadellilərə-xüsusən də müsəlmanlara (türklərə!) mübarizəsindən bəhs edən romanlar müəllifi Raffi... Hamısının da içərisində mərkəzi rolda Erməni separatizmi. Başqalarının torpaqlarına iddialar... Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən Erməni bayramında axtarmağın daha məntiqli olduğunu iddia edənlər də var. Bu tip ideoloqlar keçmiş Ermənistana dönməklə milli öyünüdərki möhkənləndirmək istəyirlər. Amma bunun mümkün olacağı çətin ehtimaldır. Qədim və ya keçmiş adlandırılan Ermənistan xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən iddiadan başqa bir şey deyildir, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə suni baxış olacaqdır. 301-ci ildə Xristianlığı qəbul etdikləri iddia olunan Ermənilər buna qədərki bütün məbədləri yıxıb dağıtmışlar,onun yerinə isə heç bir şey yarada bilməmişlər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün,yaşadıqları məkanlar bu dinə sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişlər. Başqa sözlə xristianlıq bir millət olaraq Ermənilərə fərqli görünüm verməmişdir. Milli ideolojiləri də Xristian dini ilə sıx bağlı olmuşdur. Indi İrəvan yaxınlığında təxminən onun 32-ci kilometrliyində yerləşən Qarni məbədinə toplaşarkən bir neçə min Erməni Vardavar bayramını kutlayarkən demək istəyirlər ki, əsil Ermənilər onlardır və dinləri də Xristianlıq deyil, bax bu dindir. Çox qəribədir ki, bu bayramı Xristian Təqvimlərinə də daxil etmişlər. Burada qəribə bir məntiqsizlik yaranır. Amma bu təriqət sahibləri özləri üçün müqəddəs kitab da yaratmışlar. “ Biz Ermənilər bilmirik ki əsil dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər. Vardavar bayramında aktiv iştirak edənlərdən biri- “Erməni –Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan Erməniləri Xristianlıqdan imtina etməyə səslədiyinə görə 2005-ci ildə 3 il həbsə atılmışdır. O həm də xalqı yəhudiləri məhv etməyə səsləmişdi. Avetisyan və onun silahdaşları əyinlərinə Erməni irqçi ideoloq Garesin Njdeni rəsmi çəkilmiş qara köynəklə gəzirlər. Xatırladaq ki, Garegin Njde 1886-1955 illərdə yaşamış Erməni şovinist ideoloqu olmuşdur. O əldə silah Türklərə və hətta bolşeviklərə qarşı vuruşmuş və Erməni milliyyətçiliyinin əsaslarından bəhs edən əsərlərin müəllifi olmuşdur. Bu şəxsin ideyaları əsasında Erməni İnqilabçı Federasiyası-Daşnaksütyun və o cümlədən Ermənistan Respublikaçılar Partiyası da daxil olmaqla bir çox siyasi təşkilatların platforması müəyyənləşdirilmişdir. “Erməni Arilər Ordeni” adlı örgütdən başqa Erməni milli bayramında – Vardavarda adını çəkdiyimiz siyasi təşkilatların rəhbərliyində olan şəxslər də iştirak etmişlər. Erməni nasionalizminin kökünün xristianlıqdan daha öncələrə dayatmaq həm də siyasi məqsəd güdür. Erməni ideolojisində mərkəzi yerdə duran məsələlərdən biri ermənilərin özləri ilə bağlı gerçəklərin bilinməməsidir. Ermənilər qəsdən özlərinin tarixi keçmişini qarışdıraraq dünya ermənişünaslarını da çaş- baş salıblar.Bir coğrafi ad olaraq Arminiya və ya Armaniya adına ən erkən Köhnə Fars (Fars) imperatoru I. Daranın e.ə.510-ci il tarixli Bisutun Abidəsində rast gəlinir. E.ə 399-ci ildə bölgəni gəzərək buraları ətraflı təsvir edən yunan tarixçisi Ksenofonun əsərində ölkə adı Armenia olaraq keçir. Strabon “Coğrafya”sında (b. e. 1-ci əsr) və Roma İmperatorluğunun inzibati ərazisi bölgüsündə Armenia sərhədləri belə təyin olunur: Qərbdə Fırat çayı, cənubda Cənub-Şərqi Toros sıra dağları, cənub-şərqdə Hakkari dağları və Urmiyə gölü, şimal- şərqdə Göyçə gölü və Qarabağ, Şimalda Çıldır gölü və Şərqdə Qara dəniz dağları. Orta əsrlər Ərəb qaynaqlarında eyni bölgənin adı Armaniyya və ya Ermeniyye (Ar: أرمنية) olaraq keçir. Eski Türkçə mətnlərdə Ermeniyye adına 15-ci əsrə qədər rast gəlinir. Əsrlərcə yalnız tarixi bir ad olaraq xatırlanan "Armenia / Ermənistan" adı, 19-cu əsrin milliyyətçi siyasəti dövründə təkrar aktual məna qazanmışdır. Ermənilər özlərinə Hay və ölkələrinə Hayastan və ya Hayk adını verirlər. Xarici xalqların erməni ölkəsi üçün istifadə etdikləri bir termin olan Armina və ya Arminiya ilk dəfə e.ə. 510-ci il tarixli eski farsca (persçə) Bisutun yazıtında yazılmışdır. Bu isə dediyimiz kimi, indiki anlamda Hayastan ( Հայաստան) demək deyildir.Qədim Fars İmperiyasının Arminiya əyaləti (satraplığı) Van Gölü hövzəsi mərkəz olmaq üzrə Ağrı Dağı bölgəsi və Araz və Arpaçay vadiləri ilə ən Qərbdə Elazığ və Erzincan bölgəsi də daxil olmaqla Yuxarı Fərat hövzəsini əhatə etməkdədir. Eyni bölgə qədim dövr boyunca qədim yunan və latın qaynaqlarında Armenia, İslam dövrünə aid Ərəb qaynaqlarında isə Armaniyya / Ermeniyye olaraq adlandırılar. Erkən dövr Azərbaycan mətnlərdə coğrafi bölgə adı olaraq Ermeniyye termininə 15-ci əsrin əvvəllərinə qədər rast gəlinir.Bölgədə eramızdan əvvəl 1-ci minillikdə, daha doğrusu həmin minilliyin ilk yarısında Urartu Krallığı hökm sürmüşdür. Urartu sivilizasiyasının e.ə. 7-ci əsrdən etibarən zəifləyib çökməsiylə, eyni bölgədə bir-birindən müstəqil hərəkət edən müxtəlif bəyliklərinin və Urartu dili ilə birbaşa heç bir əlaqəsi olmayan erməni (hay) topluluğunun varlığı bilinməkdədir Erməni ünsürünün bölgədə həmişə Urartu suverenliyi altında mövcud olan bir ünsürmü, yoxsa Urartu nizamının zəiflədiyi dövrdə bölgəyə kənardan gələn işğalçılarla birgə gələn toplummu olduğu tarixçilər arasında həmişə mübahisə predmeti olmuşdur, erməni tarixçilər arasında da bununla bağlı fikir birliyi yoxdur. Urartu, Hind-Avropalı olmayan (N.İ.Marrın deyimiylə, "yafetik") bir mədəniyyətdir; bu qarşılıq erməni mədəniyyətinə ciddi təsiri olmuşdur və onun üçün zənginlik qaynağı təşkill etmişdir. Bu anlamda, digər toplumların, xalqların istifadə etdiyi "Erməni, Armenian, Armenien" sözünün də Farsların Urartu bölgəsinə verdiyi ad olan "Arminia" ilə əlaqəsini olduğu təkzibedilməz dəlildir. Bunu erməni ideoloqlar qəbul etmirlər ona görə ki, bu ad altında mənimsədikləri mədəniyyətlərin onlara aid olmadığı üzə çıxa bilər. Yenə ermənilərin özlərini adlandırdıqları "hay" sözünün də bəzi Frig qəbilələrinin bunlara verdiyi ad olan "Hayk"la heç əlaqəsi yoxdur. Bir millərə öncə özü ad verər. Özünü başqasının verdiyi adla adlandırmaz. Buradan belə çıxır ki, erməni dediyimiz toplumun hay ismi də doğru deyildir. Ermənistana sonralar gəlmiş axbar deyilən İran və Şərqi ermənistanerməniləri özlərinə “franq” deyirdilər. Bizcə, bu frigdir. İndi adına erməni dediyimiz toplumun demək, belə nəticəyə gəlmək olar ki, ermənilərin :
-"Erməni, Armenian, Armenien" adlarına iddiaları cəfəngiyyatdır;
- Tarixi Armaniyya və ya Ermeniyye erməni xalqının ölkəsi demək deyildir;
- Urartulara heç bir dəxli yoxdur;
-Haykla da heç əlaqəsi yoxdur.
Bəs müasir hay-erməni dili necə yaranmışdır? Axı dilin yaranması ilə xalqın yaranması eyni bir prosesdir. Akademik N.Y.Marr qeyd edir: Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir. Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir. “Erməni dili hibrid dildir. O biri yandan erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”. Müasir erməni-hay dilinin İran dillərinə daxil edilməsinin düzgün olamdığını göstərən M.Abeqyan yazır: “Hay dilinin təxminən 800-dək kökü iran mənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri sami mənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır. Hayların Ermənistanın qədim əhalisi urartulularla genetik əlaqəsi olmadığı aydındır. Hayların yaranması haqqında bir nəzəriyyəyə görə onlar “inşaatçı xalq” kimi təqdim olunurlar. Doğrudan da hayların mənşəyi sıx şəkildə tikinti işləri ilə bağlıdır. Urartu ilə Assuriyaya arasında uzun sürən çəkişmələr zamanı çoxlu qul qənimət kimi bir əldən o biri ələ keçirildi və onlardan əsasən ağır tikinti işlərində istifadə edirdilər. Ermənilərin bu gün daha çox bənna olaraq bilinməsi də bundandır, ənənəvi peşə inşaatçı olmuşdur. Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilir. Bu adam-işçi ələ keçirtmək siyasəti Urartu cəmiyyətində şah Argistidən sonra da davam etmişdir. Bu qullar həm ev işlərində, həm də tikinti işlərində istifadə olunurdu. Assuriyadan qənimət kimi gətirilən qullar yalnız assuriyalılardan ibarət olmayıb, habelə müxtəlif millətlərdən olan hərbi əsirlər və müxtəlif zümrələrdən ibarət olan adamlar idilər. Haylar da Assuriyada ağır katorqalarda məcburi işlədilirdilər. Assuriyalıların özləri Urartuya qalib gələndə öz qullarını bu əraziyə gətirib və ağır tikinti materiallları əldə etmək üçün daş karxanalarında işlədirdilər. Nəticədə Assuriya qulları dağlıq ərazilərdə məskunlaşıb çoxalırdılar. Urartunun öz əhalisini isə assuriyalılar imperiyanın başqa yerinə aparırdılar. Hayların dağlarda məskunlaşmasına həm Urartu, həm də Assuriya kömək edirdi. İ.M.Dyakonov yazır: “Protoerməni dilinin yayılmasına urartulular, tutduqları ərazidən əhalini köçürmək siyasəti ilə çox kömək etdilər”. Azərbaycanlı tədqiqatçı Beytulla Şahsoylu ( Haykanlar (erməni) Qafqazda və panermənilik) QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 8-ci elmi-əməli konfransının MATERİALLARı- 2010) da qeyd edir ki, ermənilət tarixlərini saxtalaşdıraraq qonşuların mədəniyyətini mənimsəmək yolu tutmuşlar. Bunların hamısı erməni milliyyətçiliyinin nəticələri sayılmalıdır. Demək, erməni nasionalizminin total nasionalizmə dönüşündə yenə də ideolji faktorlar önəmli rol oynayır. Bilik və inanclar sistemi kimi Panrmenizm də ideoloji ilə yüklüdür və özünü təsdiq etmək üçün tarixi saxtalaşdırmaq yolu tutmuşdur. Bu ideologiyanın erməni millətinin dövlət anlayışı ruhunda formalaşmaq meyli onu irqçilyə yaxınlaşdırır. Və bu harada yaşamasından asılı olmayaraq bütün xalqı, bütün hayları əhatə edir və getdikcə total xarakter alır...(ardı var)
Qafar Çaxmaqlı
KarabakhİNFO.com

Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |